Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Miqrasiya Xidməti bu şəxslərə müraciət etdi

Əlavə məlumat üçün DMX-nin (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür...

Nazirlər Kabineti tərəfindən tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı ölkəni tərk edə bilməyən və ya tərk etmək istəməyən əcnəbilərin Azərbaycanda müvəqqəti qalma müddətinin uzadılması barədə müraciətləri hazırda Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və müvafiq dövlət rüsumu ödənilməklə təmin olunur.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, onların ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Əlavə məlumat üçün DMX-nin (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar