Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyasi partiyalar haqqında qanun” qəbul edirlər, amma...” - Sərdar Cəlaloğlu

Prezidentin apardığı islahat kursu siyasi mühiti də əhatə edə və ölkədə siyasi fəaliyyət stimullaşdırla bilər?..

ADP sədri: “Zahid Orucun bu bəyanatı tamamilə Azərbaycan dövləti, cəmiyyəti üçün çox önəmlidir”

“Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilərkən siyasi partiyaların nümayəndələri orada iştirak etmirlər”.

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Zahid Orucun siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməsi haqqında təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Zahid Oruc yazdığı məqaləsində “Siyasi partiyalar haqqında” qanunu yeniləməyə ciddi ehtiyac olduğunu bildirib. Eyni zamanda deputat Prezidentin nüfuzunun güclü olduğu bir şəraitdə bir partiyalı parlamentar idarəçiliyə deyil, barış və konsensusa gedilməsini vurğulayıb.

Deputatın yazdığına görə, qanunun cəmiyyətin və dövlətin mənafeləri yönündə yeniləməsinə və təkmilləşdirilməsinə ciddi ehtiyac vard: “Bu, əlbəttə ki, partiyalarla Prezident Administrasiyanın yüksək təmsilçisi arasında aparılan şərtsiz dialoq və danışıqların gələcəkdə predmetini təşkil edə bilər”, - deyə deputat səbəbi göstərir.

Hazırda Prezident Adminstrasiyasının siyasi partiyaların rəhbərləri həyata keçirilən görüşlər fonunda belə bir təklifin ortaya atılmasını necə dəyərləndirmək olar? Demək olarmı ki, prezidentin apardığı islahat kursu siyasi mühiti də əhatə edə və ölkədə siyasi fəaliyyət stimullaşdırla bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ADP sədri Sərdar Cəlaloğluna müraciət edib.

Sərdar Cəlaloğlu: “Əgər doğrudan da ölkədə çoxpartiyalı sistemə keçmək istəyirlərsə, birinci növbədə Konstitusiyaya siyasi partiyalar haqqında qanun salınmalıdır”.

Zahid Orucun mövqeyini ölkədə siyasi, iqtisadi əsasları təmsil edən mövqe kimi qiymətləndirən partiya sədri PİA.az-a açıqlamasında əlavə efib ki, amma bu bəyanatın həyata keçməsinə ölkədək konservativ qüvvələrin nə qədər imkan verəcəyi başqa məsələdir:

“Əvvəla onu deyim ki, seçkilərdən əvvəl də bu cür və buna oxşayan müəyyən bəyanatlar olmuşdu. Xüsusən parlamentin çoxpartiyalı sistem əsasında formalaşması, Azərbaycanda yeni siyasi münasibətlərə keçidin olacağı qeyd olunurdu. Amma çox təəssüf ki, hakimiyyətdə olan konstriktiv qüvvələr buna imkan vermədi. Bu parlament seçkilərində də əvvəlki seçkilərdə olduğu kimi saxtakarlığa yol verildi. Bu vaxta qədər parlamentə buraxılmayan siyasi partiyalar yenə parlamentdən kənarda qaldı.

Zahid Orucun bu bəyanatı tamamilə Azərbaycan dövləti, cəmiyyəti üçün çox önəmlidir. Həmçinin Zahid Orucun bu bəyanatı ölkədə siyasi, iqtisadi əsasları təmsil edən mövqedir. Amma bu bəyanatın həyata keçməsinə ölkədək konservativ qüvvələrin nə qədər imkan verəcəyi başqa məsələdir.

“Siyasi partiyalar haqqında qanun”un dəyişməsi ilə bağlı isə deyə bilərəm ki, bu sahədə Azərbaycanda çox acı təcrübə var. Belə ki, Azərbaycanda siyasi partiyalar haqqında qanunun dəyişməsi həmişə reqresiya ilə müşahidə olunub. Yəni siyasi partiyaların hüquqlarının məhdudlaşdırılması, siyasi partiyaların ictimai həyatdan çıxarılması bu günkü vəziyyəti əmələ gətirib.

Onu da qeyd edim ki, siyasi partiyalar haqqında qanuna dəyişiklik edilərkən siyasi partiyaların nümayəndələri orada iştirak etmirlər. Siyasi partiyalar haqqında qanun qəbul edirlər, amma siyasi partiyalar iştirak etmirlər. Onlar özləri qanun qəbul edirlər. Ona görə də Azərbaycan bu vəziyyətdədir.

Sərdar Cəlaloğlu: “Ölkədə milli həmrəylik yaranmalıdır. Buna görə də müxalifətə ehtiyac var. Hökumət istəsə də, zorla stabilliyi qoruya bilməyəcək. Bu baxımdan da iqtidar-müxalifət dialoqunun böyük önəmi var”.

Əgər doğrudan da ölkədə çoxpartiyalı sistemə keçmək istəyirlərsə, birinci növbədə Konstitusiyaya siyasi partiyalar haqqında qanun salınmalıdır. Çünki Azərbaycan Konstitusiyasında siyasi partiya anlayışı yoxdur. Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar antikonstision bir qrum kimi fəaliyyət göstərirlər.

Həmçinin də müxtəlifət haqqında qanun qəbul edilməlidir. Çünki Konstitusiyada müxalifin yeri müəyyən olunmayıb. Buna görə də müxalifətə münasibət özbaşınalıqla müşahidə olunur.

Siyasi partiyalar haqqında qanun qəbul olunanda həm müxalifətin, həm də iqtidarın maraqları nəzərə alınmalıdır. Qanun layihəsində müxalifətin də təklifləri, iradları nəzərə alınmalıdır.

Əgər ölkəni Gürcüstandakı kimi irəli aparmaq istəyirlərsə, mütləq mən dediyim addımlar atılmalıdır. Yoxsa elə belə siyasi partiyalar haqqında qanun qəbul edilsə, bu Azərbaycanı uçuruma aparacaq.

Ciddi faktorlardan biri də odur ki, Azərbaycana əvvəlki gəlirlər gəlmir. Ölkədə vəziyyət getdikcə ağırlaşır. Neftin qiymətinin aşağı düşməsi ölkədə çox ciddi sosialgərginlik yaradacaq. Ölkədə milli həmrəylik yaranmalıdır. Buna görə də müxalifətə ehtiyac var. Hökumət istəsə də, zorla stabilliyi qoruya bilməyəcək. Bu baxımdan da iqtidar-müxalifət dialoqunun böyük önəmi var”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar