Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020-yə bilet tələbi rekord həddə çatıb

AVRO-2020-nin oyunları ilə əlaqədar bilet tələbi rekord həddə çatıb...

Yayda keçiriləcək qitə birinciliyi üçün 28 milyondan çox azarkeş müraciət edib.

Ötən ilin dekabrında turnirə qatılacaq komandaların fanatlarından 9 milyon bilet tələbi olub. Həmin rəqəm ümumilikdə 28,3 milyona çatıb ki, bu da rekord sayılan AVRO-2016-dakı rəqəmi ikiqat üstələyir. Budəfəki yarışa marağın belə böyük olması oyunların 12 müxtəlif ölkədə keçirilməsi ilə əlaqələndirilir. Final qarşılaşmasına bilet əldə etmək istəyən azarkeş sayı isə matçın keçiriləcəyi “Uembli” stadionunun tutumundan 8 dəfə çoxdur (714 min).

Ümumi bilet sayı 3 milyondur ki, bunun 2,5 milyonu azarkeşlərə satılacaq. Hələlik ən böyük maraq açılış oyununadır. İyunun 12-də Romada keçiriləcək İtaliya - Türkiyə qarşılaşmasını izləmək istəyənlərdən 33 faizi yerli vətəndaşlardırsa, 11,2 faizi türklər, 15,8 faizi isə almanlardır.

Qeyd edək ki, AVRO-2020-də A qrupunun 3 oyunu (13 iyun: Uels – İsveçrə, 17 iyun: Türkiyə - Uels, 21 iyun: İsveçrə - Türkiyə) Bakı Olimpiya Stadionunda keçiriləcək. Həmçinin iyulun 4-də 1/4 final mərhələsinin bir matçı da paytaxtımızda olacaq.(apa)

pia.az


Etiket: AVRO-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar