Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan karateçiləri rekord nəticə qazanıblar

Yeniyetmə və Gənclərdən ibarət Azərbaycan seçmə komandası Macarıstanın paytaxtı Budapeştdə növbəti Avropa çempionatının ikinci yarış günü ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıblar

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib. Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev hələki yarışın iki günündə nəticənin digər qitə çempionatlarında əldə edilən göstəricilərdən bir gümüş medal fərqi ilə üstün olduğunu bildirib. Əməkdar məşqçi yarışın son günü 18-21 yaşlı gənclər arasında çıxışlarda Dünya və Avropa çempionları və mükafatçılarımızın da olduğunu və daha yüksək nəticə gözlənildiyini söyləyib.

Hazırda Azərbaycan karateçiləri 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra 4 qızıl, 1 gümüş və bürünc medalla 2-ci yeri tuturlar. A.Allahverdiyev həmçinin qeyd edib ki, idmançılarımız bütün medalları ilk pillənin sahibindən fərqli olaraq katada yox, məhz kumite çıxışlarında, o cümlədən fərdi mübarizədə qazanıblar. Yeniyetmə və Gənclər son 3 ildir ki, ardıcıl olaraq rekordu yeniləyirlər. Dünya Karate Federasiyasının (WKF) internet səhifəsində günün yekunlarına aid məlumatda Azərbaycan karateçilərinin uğuru qeyd edilib.

Xatırladaq ki, Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatına 52 ölkədən 1155 idmançı qatılıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib.

pia.az


Etiket: Karate


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar