Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeniyetməmiz karate üzrə Avropa çempionu oldu - Foto

14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Fərid Savadov (-57 kq, şəxsi məşqçisi Əziz Əzizov, seçmə komanda məşqçisi Anar Allahverdiyev) Avropa çempionu olub

Milli Karate Federasiyasından verilən məlumata əsasən, finaladək monteneqrolu, serbiyalı, ukraynalı və kosovalı rəqiblərini məğlub edən perspektivli idmançımız həlledici görüşdə polşalı karateçiyə qalib gələrək, ilk dəfə çıxış etdiyi nüfuzlu yarışın qızıl medalını qazanıb.

Digər idmançılarımızdan Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) isə təsəlliverici mərhələnin bürünc medal uğrunda görüşlərdə qələbəni əldən veriblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib.

7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa Çempionatı davam edir. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparır.

pia.az


Etiket: Karate


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar