Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ı insanlığa qarşı cinayətdə ittiham edirlər” - Adil Qeybulla

Dünya Səhiyyə Təşkilatının son açıqlaması siyasi konyektura daşıyırmı?..

Professor: “Çin iqtisadiyyatına ziyan vurmaq üçün koronavirusdan istifadə edilməsi iddiası çox məntiqsizdir”.

“Afrikada keçən il və ondan əvvəlki il “Ebola” virusu yayılmışdı. Onda da Afrika iqtisadiyyatını zəiflətmək istəyirdilər?”.

Bu sözləri professor Adil Qeybulla koronavirusla bağlı dünyada yaranmış ajiotajın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Yanvar ayının əvvəllərindən etibarən Çində sürətlə yayılan ölümcül koronavirusun Çinlə Qərb arasındakı iqtisadi savaşın bir parçası olması ilə bağlı fərziyyələr irəli sürülür. Ekspertlərin fikrincə, Çindən gələn təyyarə reyslərinin ləğv edilməsi, eləcə də Çin məhsullarına məhdudiyyətlər tətbiq olunması bu virusun təxribat məqsədilə yayılması ehtimalını artırır. Yəni bəzi iddilara görə bu ajiotaj siyasi-iqtisadi məqsədlidir və daha çox Çin iqtisadiyyatına ziyan vurmaq üçün problem dünya səviyyəsində qabardılır.

Əksər Asiya ölkələri Uhandan gələn səyahətçilərin yoxlamalarını gücləndirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) isə xəstəxanalara ünvanladığı xəbərdarlığında yoluxma hallarının arta biləcəyi bildirilir. Sinqapur və Honqkonq, Uhandan gələn sərnişinləri yoxlayır. Buna bənzər addımlar ABŞBritaniya da elan olunub. Hərçənd ki, bu cür tədbirlərin effektivliyi ilə bağlı suallar mövcuddur.

İnfeksiya baş verərsə, onun ilk simptomları özünü beş gündən sonra göstərir və bu deməkdir ki, xəstə özünü pis hiss edənə kimi dünyanın bir başından o biri başına maneəsiz səyahət edə bilər.

Tibbi baxımdan koronavirusla bağlı yayılan iddiların əsası varmı? O cümlədən koronavirusla bağlı Dünya Səhiyyə Təşkilatının son açıqlaması siyasi konyektura daşıyırmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, həkim Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Bu çox ciddi ittihamdır. Yəni ABŞ-ı insanlığa qarşı cinayətdə ittiham edirlər”.

ABŞ-ın Çinin iqtisadiyyatını zəiflətmək üçün mümkün qədər imkanlarının olduğunu vurğulayan tibb elmləri doktoru PİA.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Çin iqtisadiyyatını zəiflətmək üçün koronavirus xəstəliyinə ehtiyacı yoxdur:

“Mən ümumiyyətlə belə mənasız söhbətləri heç vaxt dəstəkləmirəm. Çin iqtisadiyyatına ziyan vurmaq üçün koronavirusdan istifadə edilməsi iddiası çox məntiqsizdir. Bu cür mənasız iddilara da mən heç vaxt qoşulmuram. Çünki indi deyirlər ki, koronavirus Çin iqtisadiyyatına zərər vurmaq üçün yayılıb. Bəs onda Afrikada keçən il və ondan əvvəlki il “Ebola” virusu yayılmışdı. Onda da Afrika iqtisadiyyatını zəiflətmək istəyirdilər? Buna görə də hesab edirəm ki, bu iddia boşdur.

Mən Çində yayılan koronavirus xəstəliyinə ciddi rəy verirəm. Çünki ABŞ-ın Çinin iqtisadiyyatını zəiflətmək üçün mümkün qədər imkanları var. ABŞ-ın Çin iqtisadiyyatını zəiflətmək üçün koronavirus xəstəliyinə ehtiyacı yoxdur.

Adil Qeybulla: “Biz həmişə öz milli təhlükəsizliyimizi düşünməliyik”.

Əslində bu hadisəni bu cür dəyərləndirmək bir məsuliyyət məsələsidir. Bu həm də çox ciddi ittihamdır. Yəni ABŞ-ı insanlığa qarşı cinayətdə ittiham edirlər. Buna görə də bir az məsuliyyətli olmaq lazımdır.

Düşünürəm ki, qeybət xarakterli iddialara cavab vermək düzgün deyil. Əksinə biz həmişə öz milli təhlükəsizliyimizi düşünməliyik. Bu konkret fövqəladə situasiyalarda da ölkənin təhlükəsizliyi ön plana keçməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar