Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

54 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirliyi

Bir namizəd, başqa bir namizədin əli ilə, digər namizədləri “vurdurur”...

Yanıltmac kimi səslənsə də, bu hal 54 saylı Şabran-Siyəzən seçki dairəsində baş veri.

YAP-ın namizədi Sadiq Qurbanov dairədən özü namizəd olmaqla yanaşı, özünün namizədini də seçib və onun əli ilə digərlərini “vurdurur”.

Belə ki, YAP-ın namizədi son dərəcə səssiz, rəqiblərinə qarşı mələk kimi davranmaqla, onlar haqqında heç bir addım atmır. Rəqibləri barədə bir kəlmə belə işlətmir. Ancaq “mələk namizəd” şeytanlığı “xalqinfo.az” xəbər portalının baş direktoru Tural Mamedova gördürür.

Sadiq Qurbanov ŞabranSiyəzəndə heç kim tərəfindən tanınmır. Məsələ ondadır ki, bu şəxsi deputat görmək istəməyən ŞabranSiyəzən sakinləri hətta etiraz etmək istəyirlər.

Səbəb isə çox sadədir, nə Sadiq Qurbanov rayonu tanıyır, nə də rayon camaatı onu. Məlum seçki dairəsindən olan seçicilər rayonu tanıyan, camaat tərəfindən tanınan və onların problemləri ilə maraqlanan şəxsi deputat görmək istəyirlər.

Ümumiyyətlə, Sadiq Qurbanovun tək öyündüyü şey, YAP-ın ilk üzvlərindən biri olmasıdır.

Tural Mamedov Sadiq Qurbanovdan başqa digər namizədləri qaralayaraq, onları xalqın gözündən salmağa çalışır.

Tural Mamedovun da dosyesi ürəkaçan deyil. Belə ki, o, 2018-ci ilin mart ayında cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Tural Mamedov vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib.

Qeyd edək ki, Tural Mamedovun bu ilk deputat olmaq arzusu deyil. O, 2015-ci ildə də deputatlığa namizəd olub.

Əldə etdiyimiz məlumata görə, “mələk”lə, “şeytan”ın əməkdaşlığı yaxın günlərdə sona yetəcək. Yəni, Tural Mamedov seçkilərə bir neçə gün qalmış, namizədliyini Sadiq Qurbanovun xeyrinə geri götürəcək. (Secki.net )

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar