Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sərhədində gərginlik: Əcnəbilər saxlanıldı - Foto

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir...

PİA.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabrın 22-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olub. İlkin araşdırma zamanı onun 20 dekabr tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.

Dekabrın 26-da DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.

Dekabrın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket: DSX kriminal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar