Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə gənc ifaçılar konsert veriblər



Kamera və orqan musiqi zalında Səbail rayonu  Rəşid Behbudov adına    2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş konserti keçirilmişdir. Konsert ərəfisində böyük hazırlıq işləri aparılmış, eyni  zamanda onun keçirilmə məkanı da xüsusi olaraq seçilib.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən konsertdə məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərin ifalarını respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkeçtri müşayət edib.

 Konsert proqramında məktəbin müxtəlif siniflərində oxuyan şagirdlər – fortopianoda Elvin Əliyev, Fidan Nəbiyeva, Faida Həsənli, Reyhan Abdulcəlilova, Xədicə Qasımzadə, Aydan Əliyeva, Leyla Tomayeva, Səbinə Abbasbəyli, Tamila Əhmədova, Məlik Cəfərov, Dilarə Ulu, skripkada Firuzə Əliyeva, Elvina Qurbanova, Nigar Şibliyeva, kamançada Zabitə Nəsirli, tarda Rauf Nəcəfov, Əli Məlikov, məktəbin skripkasılar ansamblının   çıxışları   toplaşanların alqışları ilə qarşılanıb.

Tədbirin sonunda məktəbin  məzunu Sadıq Məlikovun ifasında  mahnılar səslənib.

Tədbirdə iştirak edən qonaqlar məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndirdilər və onlara yaradıcılıq uğurları arzulayıblar.
 
R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının   mütəmadi olaraq davam etdiriləcəyini bildirib.

Qeyd olunmalıdır ki, Rəşid Behbudov adına 2 saylı Musiqi məktəbi    1940-cı il sentyabrın 1-də fəaliyyətə başlamışdır. Məktəbdə hazırda  385 nəfər şagird təhsil alır. 75 nəfər ali təhsilli pedaqoq fortepiano, skripka, tar, kamança, balaban, klarnet, fleyta, vionelçel, akkordion, qanon, nağara və s. ixtisasları üzrə şagirdlərə dərs deyir. Məktəbdə həm də xor, xalq çalğı alətləri və skripkaçılar ansamblı fəaliyyət göstərir.  

Respublikanın əsas simfonik və kamera orkestrlərinin aparıcı solistləri, həmçinin xalq artisti Şəfiqə Eyvazova, əməkdar artistlər Eyyub Yaqubov, Elnur Həmidov (kamança), Zaur Əmiraslanov və Fərqanə Qasımova, populyar müğənnilər Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov, bu  müsabiqənin  iştirakçıları Aysel Teymurzadə, Fərid Məmmədov, Safura Əlizadə, bəstəkar Aydın Əzimov, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış musiqiçilər məktəbin məzunlarıdır.
DSC_3344MM.JPG görüntüleniyor

DSC_3347.JPG görüntüleniyor

DSC_3382MM.JPG görüntüleniyor

DSC_3365.JPG görüntüleniyor



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar