Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Yazıçılar Birliyini 85 illiyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyini 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib...

PİA.az xəbər verir ki, təbrikdə deyilir:

"Sizi – ölkəmizin ədəbi ictimaiyyətinin nümayəndələrini Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Ötən əsrlərin söz sənətkarlarını ətrafında toplamış ədəbi məclislərin yeni tarixi şəraitdə varisi olan Yazıçılar Birliyi mədəni həyatımızda özünə məxsus yer tutur. Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır.

Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən ulu öndər Heydər Əliyev yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandırırdı. Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir. Ümidvaram ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.

Qloballaşma dalğasının getdikcə daha geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir vaxtda təşkilatınızın üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, siz həmin vəzifələrin öhdəsindən lazımınca gələcək, günümüz üçün aktual mövzuları və cəmiyyəti düşündürən məsələləri diqqətdə saxlayacaq, dərin mənəviyyat və bədii-estetik zövq aşılayan əsərlərlə oxucuları bundan sonra da sevindirəcəksiniz".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Ən çox oxunanalar