Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: "Dünya Bankı qaçqınlar üçün 4,7 milyard dollar yardım göstərəcəyini vəd edib"

Mühüm maliyyə vədləri də elan edilib...

Cenevrədə hökumətlərin, beynəlxalq maliyyə təşkilatlarının, biznes liderlərinin, humanitar və inkişaf fəaliyyətləri subyektlərinin, qaçqınların və vətəndaş cəmiyyəti nümayəndələrinin yüksək səviyyəli toplantısında qaçqınlara və onların yaşadıqları icmalara dəstək üzrə geniş miqyaslı və əhəmiyyətli öhdəliklər götürülüb, xüsusən onların inteqrasiyasına yeni uzunmüddətli dəstək göstəriləcəyinə dair mühüm vədlər verilib.

BMT Qaçqaınlar üzrə Ali Komissarlığından (QAK) “Report”a verilən məlumata görə, ümumiyyətlə, Qaçqınlar üzrə Qlobal Forumda qaçqınlar və 750 nümayəndə heyətləri də daxil olmaqla 3300-ə yaxın iştirakçı tərəfindən müxtəlif sahələr üzrə 770-dən artıq vədlər elan edilib.

Qeyd olunub ki, bu vədlər məşğulluqdan tutmuş məktəblərdə qaçqın uşaqlar üçün yerlər ayrılması, yeni dövlət siyasətləri, yenidən məskunlaşdırılma kimi həll yolları, təmiz enerji, infrastruktur və qəbuledici icmalara və ölkələrə daha yaxşı dəstək göstərilməsi kimi sahələri əhatə edib.

Hökumətlər, vətəndaş cəmiyyəti, qaçqın qrupları, idman assosiasiyaları, dini qruplar və özəl sektor tərəfindən əhəmiyyətli dəstək vədləri elan edildi və qaçqınların və çox zaman resurs çatışmazlığı yaşayan qəbuledici ölkələrin uğurlu nəticələrə nail olmasında tərəfdaşlıq münasibətlərinin önəmli olduğu bildirilib. (Vədlərin tam siyahısı üçün bu saytda verilmiş panelə baxın).

Yaxın gələcəkdə əlavə vədlərin veriləcəyi gözlənilir və uğurların qiymətləndirilməsi üçün, məsələn, iş yerlərinin yaradılmasında, məktəblərdə yerlərin ayrılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında irəliləyişlərin izlənilməsi üçün indikatorlar müəyyənləşdirilib. Əldə ediləcək nəticələrin yekun olaraq nəzərdən keçiriləcəyi toplantı iki ildən sonra baş tutacaqdır.

“Sığınacaq axtaranlara ictimai dəstəyin səviyyəsi son illərdə dəyişkən olmuşdur. Bir çox hallarda qaçqınları qəbul etmiş icmalar özlərini ağır yükə məruz qalmış və ya unudulmuş hiss edirlər. Amma qaçqınların situasiyaları yalnız o halda “böhranlı” olur ki, biz qısamüddətli perspektiv barədə düşünməklə, müxtəlif sektorlar üzrə planlaşdırma və ya iş aparmamaqla və qaçqınların gəldikləri icmalara diqqət yetirməməklə belə situasiyaların yaranmasına imkan veririk. Bu Forumda biz uzunmüddətli perspektivə doğru mühüm irəliləyişin olduğunu gördük”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

İlkin təhlilin göstərdiyi kimi, mühüm maliyyə vədləri də elan edilib. Dünya Bankı Qrupu xüsusi olaraq qaçqınlar və qəbuledici icmalar üçün nəzərdə tutulan maliyyələşdirmə mexanizmi vasitəsilə, eləcə də özəl sektora və iş yerlərinin yaradılmasına dəstək üçün nəzərdə tutulan ayrıca maliyyələşdirmə mexanizmi vasitəsilə 4,7 milyard ABŞ dolları məbləğində yardım göstərəcəyini vəd edib və bu sonuncu mexanizm çərçivəsində həmçinin qaçqınlar və qəbuledici icmalar da nəzərə alınır. 1 milyard ABŞ dolları məbləğində analoji yardım barəsində vəd Amerika Qitəsi İnkişaf Bankı tərəfindən elan edilib. Bundan əlavə, çoxlu sayda dövlətlər və digər maraqlı tərəflər qaçqınlara və onları qəbul etmiş icmalara 2 milyard ABŞ dollarından artıq məbləğdə maliyyə dəstəyi göstərəcəklərini vəd ediblər. Bu yardımlar inteqrasiya prosesinə və qəbuledici icmaların uzunmüddətli tələbatlarının ödənilməsinə dəstəyin əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib ki, bu da dünyadakı 25,9 milyon qaçqının çoxunun didərginlik həyatının illər və yaxud hətta onilliklər ərzində davam etməsinin etirafıdır.

Özəl sektor zorla didərgin salınmış insanlar üçün indiyədək götürdüklərindən daha geniş spektrli öhdəliklər götürdü. Qaçqınlar üçün məşğulluq imkanlarının təmin edilməsi bu sektorun da güclü dəstəyini qazandı, belə ki, məşğulluq qaçqınların yenidən layiqli həyat sürməsinə və yaşadıqları icmaların onlar üçün etdiklərinin qarşılığını verməsinə imkan yaradılması üçün önəmlidir. Humanitar və inkişaf fəaliyyətlərinə dair vədlərdən əlavə, biznes qrupları tərəfindən 250 milyon ABŞ dollarından artıq məbləğdə vədlər verilib. Bu təşəbbüslər sayəsində qaçqınlar ən azı 15 min iş yeri əldə edəcəklər. Həmçinin ildə 125 min saata yaxın pulsuz hüquqi məsləhət xidmətləri göstəriləcəkdir.

Aşağıdakı altı əsas sahə Forumun diqqət mərkəzində olub: təhsil; iş; enerji və infrastruktur; məsuliyyətin bölüşdürülməsi; himayə; və yenidən məskunlaşdırılma kimi həll yolları. Verilən vədlərin çoxu himayə və təhsil sahələrinə aiddir və bir çox hallarda bunlardan birincisi inteqrasiyanın təşviqi məqsədilə qanunvericilik və siyasətdə dəyişikliklər edilməsini, ikincisi isə mümkün qədər daha çox qaçqın uşaqlar üçün məktəblərdə yerlər ayrılmasını və onların həyatdakı perspektivlərinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Qaçqınların təhlükəsiz və könüllü qayıdışı üçün şəraiti ən yaxşı şəkildə necə yaratmaq məsələsi də mühüm mövzulardan olub. Bir sıra mənşə ölkələri qaçqınların və digər didərgin icmaların könüllü qayıdışı və reinteqrasiyası ilə bağlı öhdəliklər götürüblər.

Qeyd edək ki, forum 2018-ci ilin dekabrında Nyu-Yorkda BMT-nin üzv dövlətləri tərəfindən təsdiqlənən Qaçqınlar üzrə yeni Qlobal Sazişin mühüm elementidir. Bu sazişə əsasən Qaçqınlar üzrə Qlobal Forumlar hər dörd ildən bir keçirilir, bu isə o deməkdir ki, növbəti forum 2023-cü ilin sonuna təyin ediləcəkdir.

pia.az


Etiket: BMT qaçqınlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar