Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı elmi forum keçirildi - Foto

Almaniyada forum keçirilib... 

Bu gün Almaniyanın Köln şəhərində “Alumniportal Aserbaidschan” onlayn platformasının təşkilatçılığı və Beynəlxalq dini və mədəni-akademik mərkəzin dəstəyi ilə elmi forum baş tutub.

PİA.az xəbər verir ki, öncə, “Alumniportal Aserbaidschan” layihəsinin təsisçiləri Samir Həsənov və Asif Məsimov onlayn platformanın təqdimatını edib və azərbaycanlıların Almaniyadakı diaspora fəaliyyəti, istiqamətləri və tətbiq sahələri, həmçinin ümumi strategiyanın inkişafı üçün məruzə ilə çıxış ediblər.

Almaniyanın fərqli əyalətlərindən 40 nəfərədək iştirakçılara onlayn platformanın fəaliyyəti, nəticələri və gələcək məqsədləri haqqında məlumat verilib.

Daha sonra Vikipediya mütəxəssisi Matti Blume məruzə ilə çıxış edib. O, öz çıxışında tədbir iştirakçılarını Vikipediyanın struktur, davranış qaydaları və onlayn ensiklopediyanın müsbət cəhətləri haqqında məlumatlandırıb.

Məruzənin əsas hissəsidə informasiya müharibəsində vikipediya üzərindən təsir imkanlarına geniş yer ayrılıb.

Sonuncu məruzəçi Dr. Yohannes Henrih öz çıxışında Almaniyada fəaliyyətin göstərən Azərbaycan Diasporunun uğurlu nəticələrinin əldə edilməsi üçün rasional və uzunmüddətli strategiyanın formalaşmasının zəruriliyini vurğulayıb.

Bütün məruzələr qarşılıqlı fikir mübadiləsi formatında davam edib və yerdən bir sıra maraqlı təkliflər irəli sürülüb.

Eyni zamanda, qeyd etmək lazımdır ki, tədbirin sonunda “Alumniportal Aserbaidschan” onlayn platformanın gələcək işləri üçün konkret fikirlər səsləndirilib.

Tədbir iştirakçıları razılaşıblar ki, gələcək işlərin keyfiyyətli fəaliyyəti üçün azərbaycanlılar virtual aləmdə şəbəkələşməli və mütamadi olaraq fikir mübadiləsi aparmalıdırlar.

pia.az

 


Etiket: Almaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ən çox oxunanalar