Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan arasında münaqişənin həllində “xalq diplomatiyası” uğurlu ola bilər?

Politoloq: “İki xalqın iradəsi onda ortaq məxrəcə gələ bilər ki, kənar güclər qarışmasın. Ermənistanla Azərbaycan arasında belə bir təması Rusiya öz geosiyasi maraqları üçün istifadə edir”

“Belə bir qarşılıqlı səfərlərdən müsbət gözlənti gözləmirəm. 2020-ci ildə müzakirə masasında da hər hansı bir razılaşmanın olduğunu düşünmürəm”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə AzərbaycanErmənistan jurnalistlərinin qarşılıqlı olaraq ölkələrə səfərlərini və bu səfərlərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gəlib. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Rusiyanın yenidən “xalq diplomatiyası”na geri dönməsini necə dəyərləndirmək olar və bu onu deməyə əsas verirmi ki, 2020-ci ildə danışıqlar masasında hansısa razılaşmalar mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin nizamlanması istiqamətində “xalq diplomatiyası” və digər təşəbbüslər sadəcə manipulyasiyadır və bu konfliktin həllinə müsbət təsir etməyəcək”.

Bir müddət bundan əvvəl Azərbaycanın bir neçə ziyalısının “xalq diplomatiyası” prosesində Qarabağda olduqlarını və Ermənistan da görüşlər keçirdiklərini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, sonuçda proses sıfırlandı. Sülh platforması ötən illərdə də işə düşüb və bu t\şəbbüslər heç bir zaman səmərə verməyib:

Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin nizamlanması istiqamətində “xalq diplomatiyası” və digər təşəbbüslər sadəcə manipulyasiyadır və bu konfliktin həllinə müsbət təsir etməyəcək. İlk növbədə Ermənistan işğal olunmuş əraziləri boşaldarsa, sülh üçün belə təşəbbüs ola bilər.

Qeyd edim ki, bir müddət bundan əvvəl Azərbaycanın bir neçə ziyalısı xalq diplomatiyası prosesində Qarabağda oldular, Ermənistan da görüşlər keçirdilər. Sonuçda proses sıfırlandı. Sülh platforması ötən illərdə də işə düşdü bu da səmərə vermədi.

Moskva yenidən jurnalistlərin səfərlərini təşəbbüs kimi irəli sürüb. Qarşılıqlı səfərlərin hər hansı bir prosesə ciddi müsbət nəticə verəcəyini gözləmirəm. Ermənistan sülh və etimad istəyirsə, ilk növbədə Dilgəm və Şahbazı azad etməlidir. Bu qarşılıqlı səfərlər iki soydaşımızın azad edilməsinə gətirməyəcəksə, deməli boş bir proses olacaq. Hesab edirəm ki, Ermənistan buna getməsi yaxın vaxtlarda görünmür.

Məhəmməd Əsədullazadə: “Ermənistan sülh və etimad istəyirsə, ilk növbədə Dilgəm və Şahbazı azad etməlidir”.

Ümumiyyətlə Azərbaycan-Ermənistan arasında münaqişənin həllində “xalq diplomatiyası”nın bu və ya digər şəkildə uğurlu ola biləcəyinə inanmaq olar, sualını cavablandıran politoloq buna inanmadığını və kənar güclərin qarışmadığı bir şəraitdə hər iki xalqın iradəsinin əsas rol oynaya biləcəyini vurğulayıb:

“Ümumiyyətlə belə bir qarşılıqlı səfərlərdən müsbət gözlənti gözləmirəm. 2020-ci ildə müzakirə masasında da hər hansı bir razılaşmanın olduğunu düşünmürəm. Çünki, ErmənistanRusiyanın irəli sürdüyü təkliflər bizi məqbul etmir. Ona görə də belə bir səfərlər bizim lehimizə deyil. Rusiyanın təklifi ilə rəsmi olub və Bakı buna razılıq verib.

Hesab edirəm ki, iki xalqın iradəsi onda ortaq məxrəcə gələ bilər ki, kənar güclər qarışmasın. Ermənistanla Azərbaycan arasında belə bir təması Rusiya öz geosiyasi maraqları üçün istifadə edir. Hazırkı məqamda indiki proses iki xalq arasında etimada xidmət etmir.Həran cəbhədə vəziyyət gərginləşə bilər. Rusiyanın vasitəçiliyi münaqişənin həllinə müsbət təsir etməyəcək”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar