Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patriarx Kirill: “Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”

“Son on illiklər dünyanın müxtəlif nöqtələrində çox saylı münaqişələr, terrorçuluğun görünməmiş vüsət alması ilə yadda qaldı”...

Bunu Dünya liderlərinin II Bakı Sammitinin açılış mərasimində Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.

O bildirib ki, terrorçular günahsız, adi insanların qanını axıdırlar: “Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Almaniya, Fransa – bu son iki ildə dünyanı sarsıtmış terror aktlarının törədildiyi ölkələrin kiçik siyahısıdır. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı əsl müharibə gedir. Şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi insanların şüurunda və qəlbində gedən bu müharibənin ön cəbhəsində gənc nəslin nümayəndələri vuruşur. Ekstremist hərəkatların ideoloqları gənclərdə həyat təcrübəsinin olmamasından istifadə edirlər. Bu, dini liderlər üçün yeni bir şey deyil. Biz dini liderlər nəinki ekstremizmi rədd etməli və pisləməliyik, o cümlədən müqəddəs yazıya əsaslanan ailə, nikah, böyüklərə hörmət, insanın dini seçiminə hörmət, məzlumlara və kasıblara dəstək kimi şəksiz dəyərləri cəmiyyət daxilində yaymalıyıq”.

Moskva və bütün Rusiyanın patriarxı Kirill qeyd edib ki, Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrilib.

pia.az


Etiket: Patriarx Kirill


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Ən çox oxunanalar