Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sığmazam” Almaniya səhnəsinda ürəkləri fəth etdi - Video

Vüsalə minlərlə insanın qarşısında “Sığmazam”ı oxudu...

Xanəndə Vüsalə Musayeva Almaniyanın Köln şəhərində keçirilən Almaniya Ələvi Birlikləri Federasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı konsertdə iştirak edib.

Axşam.az xəbər verir ki, Avropa və Türkiyədən sənətçilərin qatıldığı konsertdə xanəndə Vüsalə Musayeva İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini ifa edib. Sənətçi bildirib ki, gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşayiəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin qəzəllərinə mahnılar səsləndirilib:

“Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində oldu. Şairin “Sığmazam” qəzəlinə səsləndirdiyim muğam çox maraqla qarşılandı”.

Gecədə dünyada baş verən amansız qətliam qurbanlarının anısına şamlar yandırılıb. Azərbaycan adına bu missiyanı Almaniyada yaşayan jurnalist Tünzalə Rafiqqızı yerinə yetirib. O, Qafqazın ən dəhşətli faciəsi olan Xocalı soyqrımının qurbanlarının xatirəsinə şam yandırıb.

İnsanların dinindən, dilindən, irqindən asılı olmayaraq, yalnız bir fikir ətrafında birləşdiyi bir tədbir olduğunu bildirən T. Rafiqqızı qeyd edib ki, dünyada baş verən qətliam qurbanları çıraq yandırılaraq anılıb: “Mən də Xocalı faciəsinin qurbanları adına orda idim. Təbii ki, milyonların diqqətinin yönəldiyi belə bir tədbirdə olmaq böyük şərəf və məsuliyyətdir”.

Qeyd edək ki, sözügedən tədbiri 15 min tamaşaçı canlı izləyib. Gecənin aparıcıları Türkiyənin tanınmış sənətçiləri Mehmet Ali Alabora və Füsun Demirel olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar