Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyyub Hüseynovdan Səfər Mehdiyevə çağırış: “Bunu ermənilər edir...”

“Tez-tez AQTA-nın saxta məhsullar aşkar edib, həmin məhsulları istehsal edən müəssisələri bağladıqlarının şahidi oluruq. Lakin elə məhsullar var ki, onlar diqqətdən kənar qalır. Belə məhsullara gürcü “Nataktari” limonadları, “Alkon” göz linzaları, kosmetik məhsulları əlavə edə bilərik”...

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, artıq dövlət orqanlarına rəsmi məktublar göndərib.

“Gömrük orqanlarının xeyir-duası ilə təkcə parfumeriya deyil, digər mallar da daxil olur əmtəə bazarına. Mən 20 gün öncə Gömrüyün sədri Səfər Mehdiyevə, Vergilər nazirinə, İqtisadiyyat nazirinə, Qida Təhlükəsizliyi Agentliyinə və digər yerlərə rəsmi məktublar göndərmişəm ki, əmtəə bazarına təxminən “Nataktari” gürcü dilində markalanmış limonadların 50%-i və bizdə olan məlumatlara görə, Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilir.

Təəssüflər olsun ki, dövlət orqanlarında olan məktublardan görünür ki, sanki onlar bu qaçaqmalçılığı dəstəkləyirlər və bununla bağlı heç bir iş görümürlər.

Təkcə bununla da bitmir, belə qaçaqmalçılıqla ölkəmizə daxil olan məhsullar. Həmçinin “Alkon” adında göz protesləri, gözün altına qoyulan linzalar. Mən 9 klinikaya rəsmi məktublar göndərmişəm. Bu qaçaqmalçılıqla məşğul olan insanlarla kliniklar əlbir olublar. Bu linzalar xaricdən gətirirlər və yoxlamadan keçmir, saxlanma şəraitinə uyğun saxlanılmır, dövlət vergiləri ödənilmir. Xüsusən də Türkiyədən gəlir. Bu klinikalardan yalnız 4-ü cavab verib.

Mən burdan əhaliyə səslənirəm, ay əhali insanın ən vacib orqanıdır göz, bu linzaların belə saxtası var. Biz ictimai təşkilat olaraq, öz mübarizəmizi davam etdiririk”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar