Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Avropa İttifaqının ali nümayəndəsi ilə müzakirələr aparıb

Xarici İşlər Naziri Federika Moqerini ilə görüşüb...

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Avropaya qaz təminatının müxtəlifliyi və təhlükəsizliyinin yaxşılaşdırılmasını nəzərdə tutan mühüm strateji qaz infrastruktur layihəsi olan Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) komponentinin nəzərdə tutulmuş qrafik üzrə tikintisinin başa çatması məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər Azərbaycanla Aİ-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq Sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşüblər.

Ali Nümayəndə Federika Moqerini Azərbaycan Respblikasının diplomatik xidmətinin 100 illik yubileyi medalı ilə təltif olunduğu üçün təşəkkürünü ifadə edib.

Görüşdə Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin tezliklə beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında həmçinin regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar