Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı - Sensasion açıqlama

“Bəzi restoranlarda ət yeməklərində qiymət artımının baş verməsi ilə bir neçə gün əvvəl “leş mafiyası”nın zərərsizləşdirilməsi ararsında əlaqə ola bilər”...

Bu sensasion açıqlamanı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştərilərdəndir.

“Bəzən deyirlər ki, “leş mafiyası” kolbasa sexləri ilə işləyir. Xeyr. Təkcə kolbasa sexləri deyil. Onlar restoranlar, şadlıq sarayları, kafelərlər də işləyir. Hətta deyərdim ki, onların mallarını daha çox restoran və kafelər alır”,- deyə Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, uzun illərdir müvafiq qurumları, eyni zamanda ictimaiyyəti “leş mafiyası”na qarşı mübarizəyə çağırıb:

“Bu məsələdə yalnız Daxili İşlər Nazriliyinin fəaliyyətini yüksək qiymətləndirə bilərəm. Bir neçə il əvvəl də məhz bu nazirlik mənim “leş mafiyası” ilə mübarizəmə dəstək verdi. Həmin vaxt leş ətlərin Bakıda saxlanıldığı yeri müəyyən etmiş və dərhal bunu ictimailəşdirmişdim. O zaman hətta DİN təhlükəsizliyimi qorumağı da təklif etdi. Həmin vaxt ciddi istimai dəstək olmadığına və digər qurumlar baş verənlərə həvəssiz yanaşdığına görə bu mafiyanı tam olaraq zərərsizləşdirmək olmadı.

Bir neçə gün əvvəl bu yenə də DİN-nin əməkdaşları bu mafiyanın xeyli üzvünü həbs etdi. Buna görə nazir Vilayət Eyvazoba təşəkkür edirəm. Bu çox ciddi bəladır. Buna qarşı hamı mübarizə aparmalıdır”.

Eyyub Hüseynov deyir ki, bəzi hallarda leş ətlər uşaq bağçalarına da yol tapır.

“Bu adamlar üçün müqəddəs heç nə yoxdur. Ona görə də ciddi tədbir görülməli və bu məsləyə birdəfəlik son qoyulmalıdır. Mən din xadimlərini də bu məsələyə biganə qalmamağa çağırıram.

Leş mafiyası ilə əlaqədə olan restoranlar, şadlıq sarayları və kafelərin adları ictimaiyyətə açıqlanmalıdır. Onlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, ictimai qınağa da tuş gəlməlidir”,- deyə AİB sədri vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməliyyat keçirərək qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan dəstəni həbs edib. Dəstəyə rəhbərliyi “Leş Tofiq” ləqəbli Alıxan Rzaxanov və Əlifxan Rzaxanov həyata keçirib.(Yeni Sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar