Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİQ-29-un bəzi hissələri dənizdən çıxarılıb – Pilot və kreslo tapılmır

Qəza nəticəsində Xəzər dənizinə düşən və artıq yeri müəyyən edilən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin sudan çıxarılması və pilot Rəşad Atakişiyevin axtarışları sürətlənib

PİA.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Rəşad Atakişiyevin yaxını, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, təyyarənin yerinin müəyyən edilməsi və hava şəraitinin normal olması axtarış-çıxarma işlərinin sürətləndirib.

“Hava şəraitinə görə işlər ləng gedirdi. Dənizdə qum fırtınasının baş verməsi dalğıcların fəaliyyətinə ciddi əngəl törədirdi. Amma bu problem nisbətən azalıb və işlər sürətlənib. Artıq təyyarənin təkərləri, motoru sudan çıxarılıb.

Onu da deyim ki, təyyarə suya düşəndə parçalanıb və onun hissələri 1 kilometr radiusda ətrafa səpələnib. Ona görə də çıxarma işləri o qədər də asan deyil”.

Pilotla bağlı məsələyə gəlincə, Qabil Hüseynli deyib ki, bu istiqamətdə heç bir yenilik yoxdur: “Məlumdur ki, pilot katapult etməyib. Amma hələ ki, heç oturacağı da tapılmayıb. Ümumiyyətlə, pilot və “qara qutu”ya işarə edən heç nə tapılmayıb”.

Qabil Hüseynli hadisənin səbəbləri ilə bağlı irəli sürülən ehtimallara da toxunub. “Ehtimallardan biri budur ki, qəzaya quşun təyyarəyə toxunması səbəb ola bilər. Təyyarənin nasazlığı da ehtimallardan biridir. Lakin bunun üzərində çox dayanmırlar.

Başqa bir ehtimal isə Rəşad Atakişiyevin səhhətində problemlərin ola biləcəyi barədədir. Lakin Rəşad Atakişiyev indiyə qədər səhhətindən şikayət etməyib. Bundan başqa, onlar hər il sağlamlıqla bağlı müayinədən keçirlər. Eyni zamanda bəzi idman növləri üzrə normativləri yerinə yetirməlidirlər. Səhhətində problem olanlar bu normativləri yerinə yetirə bilməzlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar