Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan Kəşmirlə bağlı müharibə variantını istisna etmir - Açıqlama

Pakistan hökuməti Kəşmir bölgəsi ətrafındakı vəziyyətin kəskinləşəcəyi təqdirdə müharibə variantını istisna etməsə də, hələləik diplomatiya vasitələrinə üstünlük verir

“RİA Novosti” xəbər verir ki, bu barədə danışan Pakistanın Rusiyadakı səfiri Qazı Xəlilullah hazırda Hindistana qarşı siyasi, diplomatik, hüquqi müstəvilərdə addımlar atdıqlarını, hökumət üçün müvafiq tövsiyyələr hazırlayacaq xüsusi komitə yaradıldığını qeyd edib.

“Fevral ayında Hindistan Pakistana qarşı təcavüzə yol verərək hava məkanımızı pozmuşdu. O zaman baş nazirimiz Pakistanın zəruri halda özünü müdafiə etmək üçün lazımi tədbirlər görmək iqtidarında və buna hazır olduğunu bildirmişdi. Məsələ milli təhlükəsizliyimizlə bağlı olanda özümüzü qorumaq iqtidarında və əzmindıyik. Bu dəfə də eyni sözləri dedik. Hindistan tərəfdən hər cür təcavüz hərəkətinə müvafiq şəkildə cavab verəcəyik” – deyə pakistanlı diplomat vurğulayıb.

Xatırladaq ki, ötən həftə Hindistan hökumətinin təşəbbüsü əsasında prezident Ram Nath Kovind əsasən müsəlman əhalinin yaşadığı Cəmmu və Kəşmir ştatının Konstitusiyanın 370-ci maddəsində təsbit olunmuş xüsusi statusunu imzaladığı fərmanla ləğv edib. Həmin bölgədə federal hökumətin nəzarətinə veriləcək iki federal dairənin yaradılması qərarlaşdırılıb. Bölgə müsəlmanlarının himayəçisi kimi özünü tanıdan Pakistan hökuməti də cavab olaraq Hindistanla diplomatik münasibətlərini aşağı səviyyəyə keçirdiklərini, ticarət əlaqələrini kəsdiklərini, bir sıra ikitərəfli sənədləri dayandırdıqlarını elan edib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar