Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİQ necə təşkil olunmalı? - Ekspertdən təkliflər

Müəllimlərin işə qəbulu üzrə imtahanlar (MİQ) bu il də bir çox narazılıqlara səbəb oldu

Bəs MİQ imtahanları necə təşkil olunsa, daha effektiv nəticələr əldə oluna bilər?

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial şəbəkədə paylaşım edib.

Ekspertin fikirlərini təqdim edirik:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb. Hazırda düz-səhv cavablar şəxsi kabinetə göndərilib və appelyasiya şikayətlərinə baxılır.

İmtahanlar kütləvi xarakter daşıyıb. 16 gün ərzində 41. 288 nəfər imtahan verib.

Məlumata görə imtahanlar zamanı 19 ixtisas fənni üzrə ümumilikdə 5.340 sayda test tapşırığından istifadə edilib.

29 test tapşırığında texniki səhv aşkarlanıb.

TN bu mərhələdə şəffaflığın təmin edilməsi, imtahanların uğurla başa çatması üçün bir sıra addımlar atdı. İnfoturlar təşkil etdi, ictimai nəzarət imkanları yaratmağa çalışdı. Xeyli rəsmi açıqlamalar verildi.

Bununla belə MİQ imtahanlarının ədalətli və şəffaf olması istiqamətində bir xeyli ictimai müzakirələr də aparıldı və bu müzakirələr sosial mediada indi də davam edir”.

İmtahana hazırlıq və təşkilati işlərlə bağlı təkliflər:

1. Test bankı genişləndirilməli və imtahanlara düşən testlər açıqlanmalıdır.

2. Düz-səhv cavablar dərhal açıqlanmalıdır və şəxsi kabinetə yərləşdirilməlidir

3. İmtahandan öncə imtahanlara hazırlıq və kömək məqsədilə onlayn və oflayn formada metodiki vəsaitlər hazırlanmalıdır

4. MİQ imtahanlarının proqram təminatı təkmilləşdirilməli, XDMX və digər aidiyyati qurumlar və maraqli tərəflərin nümayəndələrinin iştiraki ilə audit olunmalıdır. Auditin nəticələri imtahanlardan öncə açıqlanmalıdır

5. Proqram təminatına, şəbəkəyə və serverə giriş imkanları, imtahan nəticələrindən ibarət məlumat bazasına giriş səlahiyyətləri ilə bağlı REQLAMENT hazırlanmalı və imtahandan öncə dərc olunmalıdır”.

İmtahan verənlərin yerləri qabaqcadan nömrələnməli və bu haqda qabaqcadan onlara məlumat verilməlidir. İmtahanların regionlarda təşkili üçün imkanlar yaradılmalıdır. Başqasının əvəzinə imtahan vermənin qarşısını almaq üçün daha innovativ texnologiyalar tətbiq edilməlidir. TN maraqlı tərəf olduğundan kütləvi imtahanların keçirilməsində səlahiyyətli dövlət qurumu olan DİM –lə birgə gələcəkdə bu imtahanların daha yüksək səviyyədə, daha effektiv və daha optimal təşkili imkanları müzakirə olunmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar