Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Notariat sənədlərinin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib  

Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyən edilib

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə edilir.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Ən çox oxunanalar