Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı deputat erməni siyasətçinin cavabını verdi - Tokioda qalmaqal

Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti sammitində Azərbaycan deputatı Sahibə Qafarova ilə erməni siyasətçi arasında qalmaqal olub

PİA.az Oxu.az-a istinadən xəbər verir ki, sammitdə Azərbaycan nümayəndəsindən əvvəl Ermənistan təmsilçisi çıxış edib.

O, ölkəsinin işğalçılıq siyasətini ört-basdır etmək üçün faktları təhrif edib, uydurma fikirlər səsləndirib.

Bu isə azərbaycanlı millət vəkilinin narazılığına və kəskin etirazına səbəb olub.

Deputat Sahibə Qafarova dərhal söz alaraq, Ermənistanın bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinə və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladıb.

O bildirib ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir:

"İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, o cümlədən, qadınların hüquqlarının qorunmasına heç bir təminat yoxdur. Ermənistanda mövcud olan ciddi sosial böhran və iqtisadi geriləmə qadınların da həyat şərtlərini ağırlaşdırır.

Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar