Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri dələduzla əlbir oldu

Polkovnikin həyat yoldaşı Prezidentdən kömək istəyir

Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 3, mənzil 14-də yaşayan Bağırova Hürnisə Qüdrət qızı ölkə Prezidenti İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Surəti həmçinin Baş prokuror Zakir Qaralova və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova ünvanlanan müraciətin bir nüsxəsi də mətbuat orqanlarına göndərilib.

H.Bağırova müraciətində Badamdarda vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat verib, torpaq sahəsinin bir qrup dələduz tərəfindən qanunsuz yollarla mənimsəndiyini iddia edib. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

“Hörmətli cənab Prezident!

1996-cı ildən yaşadığımız binanın yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsiylə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri apardıq, ağaclar əkdik. 2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlarımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik.

Səbail Rayon Bələdiyyəsinin 2005-ci il 23 dekabr, 209-saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmiləşdirildi. Bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşım, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez-tez çıxa bilmədiyindən, həmçinin tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istədik.

resizerBu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyinə söz verdi. Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satıb və ona saxta yollarla sənəd düzəldiblər. Bu barədə müvafiq orqanlara müraciət etsək də, indiyədək heç bir tədbir görülməyib.

Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişdi. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qaldı.

Cənab Prezident, Sizdən bizə məxsus həmin torpaq sahəsini qanunsuz yolla sənədləşdirib satanların cəzalandırılmasına tapşırıq verməyinizi, həmçinin torpaq sahəsinin bizə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm“.

Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar