Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xruşovu danlatdıran “Qara pişik” bandasını ələ verən detal – Quldurun səxavəti

Bu cinayətkar qrupun fəaliyyəti Moskva şəhərində kifayət qədər ciddi narahatlıq yaradıb

Həmin dövrdə şəhərin birinci katibi olan Nikita Xruşov baş verən hadisələrə görə Kremldə sorğu-suala tutulub, danlanıb, İosif Stalinin qəzəbinə tuş gəlib. Lavrenti Beriya Xruşovu şəhəri tam nəzarətdə saxlaya bilməməkdə ittiham edib. Bütün bu gərginliyin içərisində isə “Qara pişik” adını almış dəstə növbəti cinayətlərini törədib...

Dəstənin ilk böyük cinayəti 1 fevral 1950-ci ildə baş verib. Ərzaq mağazası qarət olunaraq 34 min rubl pul aparılıb. Hadisə zamanı cinayətkarların tələbini yerinə yetirmək istəməyən satıcı tapança ilə qətlə yetirilib.

Hadisənin üstündən bir ay keçməmiş “Qara pişik” daha böyük bir cinayətə imza atıb. İki nəfər dəstə üzvü Moskvanın Tmiryazev rayonunda sənaye malları mağazasında soyunçuluq tərədiblər. Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetiriblər. Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.

3-4 ay fasilə verdikdən sonra dəstə öz fəaliyyətini “istirahət”saatlarında davam etdirib. “Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edib və o, cinayətkarlara mane olmaq istəyəndə yerindəcə güllələnib. Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. “Qara pişik” bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.

Növbəti hadisə Küntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərərək əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapanca ilə qətlə yetirilib. “Qara pişik” bu dəfə də böyük qazancla hadisə yerindən uzaqlaşa bilib.

Beləcə, qətllərlə müşayiət olunan qarətlər davam edib. Milis orqanlarının əməkdaşları “kriminal aləm”in üzvlərinə müraciət ediblər. Bütün törədilmiş cinayətlərdən xəbərdar olan “oğru dünyası”nın birinciləri bu məsələ ilə bağlı məlumatsız olduqlarını, qətl və qarətlərdə iştirakçı olmadıqlarını söyləyiblər.

Maraqlı məqamlardan biri də odur ki, dəstə üzvləri törətdikləri cinayətdən sonra seçdikləri hədəfin divarlarında pişik şəkli çəkməyə də imkan tapıblar.

Nikita Xruşov şəhər rəhbəri kimi Moskvanın bütün hüquq-mühafizə orqanlarını ayaqüstə saxlayıb. Amma gərgin və gücləndirilmiş iş rejimi nəticə verməyib. Təbii ki, bu da Xruşovun siyasi karyerası üçün ciddi zərbə sayılıb.

Artıq baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa müvafiq nazirliklər məşğul olmağa başlayıblar.

Nəhayət, 1953-cü ilin fevral ayında cinayətkarların izinə düşmək mümkün olub.

“Qara pişik” növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düymə”sini basmağa macal tapıb. Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis, “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.


Bu hadisədən sonra müvafiq qurumların növbəti dəfə, 7 saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.

Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb. Stadionun girişində br nəfər gənc oğlan çəlləkdə pivə satan satıcıdan bütün pivəni alıb və tədbirdən çıxanlara pulsuz paylayıb. Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti”, təbii ki, şübhələrə səbəb olub. Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. Elə ilk sorğu-sualda “Qara pişik” kürəyini yerə vurub. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.

3 il ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub.

Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Dəstənin bütün üzvləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.

Qeyd edək ki, cinayətin üstünü açmağa nazirliklərin deyil, Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları nail olub. Cinayətkarların ifşa olunduqları günün səhərisi Kremldə keçirilən müşavirədə Nikita Xruşov əlini sinəsinə döyərək, “biz ölkəni ən böyük cinayətkarlardan xilas etdik”, - deyə öyünüb...(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar