Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qohum evlilikləri uşaqlarda korluğa səbəb olur

Bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə də qohum evliliklərinin yayılması genetik xəstəliklərin daha çox rast gəlməsinə səbəb olaraq uşaqlıq dövründə görmə pozğunluğunun sayının artmasına gətirib çıxarır

Bunu Milli Oftomologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib. Onun sözlərinə görə, Ümumimdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən zəifgörmə və korluq terminləri görmə itiliyi və görmə sahəsinə əsaslanır.

Həkim qeyd edib ki, dünyada 1.5 milyon kor, 5 milyon zəif görən uşaq yaşayır. “Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1.5-2 milyon arasındadır. Dünyadakı korluğun içərisində uşaqçağı korluğu iki faiz təşkil edir. Dünyadakı zəif görənlərin 4-12 faizini uşaqlar təşkil edir”.

A.Əkbərova əlavə edib ki, körpəlik və uşaqlıq dövründə vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə katarakta, anadangəlmə qlaukoma, çəpgözlük və s. kimi xəstəliklərin vaxtında müalicəsi bu xəstəliklərin səbəb ola biləcəyi zəifgörmə və korluğun qarşısını ala bilir. Uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir:"Böyüklərdə olduğu kimi uşaqlarda da zəifgörmə və korluğun yayılması cəmiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir".

A.Əkbərova hesab edir ki, e rkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkminləşdirilməsi mümkündür.

Məktəbəqədər 4-6 yaş dövründə reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür:"Uşaq bu perioda nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Məktəb illəri zəifgörmə cihazlarına ən təsirli istifadə edildiyi müddətdir. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr həmçinin kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövr dür. Bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftomoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir".

A.Əkbərova bildirib ki, pedaqoq təhsil vermə ilə yanaşı, onun uşağın mövcud görmə funksiyaları və mümkün proqnoz haqqında ətraflı məlumatlı olmalıdır. Valideynlərə də uşaqların reabilitasiya prosesini dəstəkləmək, zəifgörmə cihazlardan necə istifadə etməyi, şəxsi qayğı və həyatlarının davam etdirilməsi üçün zəruri olan müntəzəm məlumatlar verilməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar