Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda avtoqəza nəticəsində ölənlərin kimliyi bilinib - Foto - Yenilənib-1

Dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub

Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.

ONA-nın yerli bürosu xəbər verir ki, bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Həmin şəxslər "Mercedes" markalı avtomobildə olub.

***

Saat 20:58

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

***

Saat 20:35

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində "Mercedes"də olan 5 nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar