Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATU Tədris Cərrahiyə klinikasında xeyriyyə marafonu keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 30-dək xəstəni müayinə və pulsuz əməliyyat edib

Müayinə və əməliyyatlar Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində aparılıb. Aksiyadan bütün göz xəstəlikləri olan xəstələr – refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astiqmatizm, qarışıq astiqmatizmi olan xəstələr yararlanıb və 26 tələbənin gözündə ekzeymer lazer əməliyyatı həyata keçirilib. Pasientlər aksiyadan razı qaldıqlarını bildirib, onlara belə bir fürsət yaratdığına görə, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə təşəkkür ediblər. Qeyd edək ki, Qurban İsmayılov tərəfindən mütəmadi olaraq belə aksiyalar təşkil olunur, çoxsaylı xəstələr bu aksiyadan yararlanırlar. Xatırladaq ki, bundan öncə dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olması münasibətilə keçirilən aksiyada 14 tələbə əməliyyat olunmuşdu.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Ən çox oxunanalar