Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Tapança Adil” ləqəbli şəxs tutuldu – Polis əməliyyatı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə paytaxt sakini “Tapança Adil” ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb. Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, A.Kəngərli indiyə qədər Cinayət Məcəlləsinin oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə dəfələrlə məhkum olunub. Onun barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

A.Kəngərli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar