Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda bahalı obyektləri olan rus milyarderlər - Siyahı

"Forbes" jurnalı Böyük Britaniyada bahalı obyektləri olan rusiyalı biznesmenlərlə bağlı hesabat hazırlayıb

PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Londonda ən bahalı ev milyarder Roman Abramoviçə məxsusdur. Onun Kensinqton Pelas Qardens küçəsində yerləşən üç mərtəbəli imarəti əmlakçılar tərəfindən 170 milyon avro miqdarında dəyərləndirilir. "Milyarderlərin küçəsi" kimi məşhur olan bu küçədə Rusiya səfirliyinin binası və Kensinqton sarayı-Kembric şahzadəsi Uilyamın iqamətgahı yerləşir.

İkinci yerdə "FosAqro"nun sahibi Andrey Quryev qərarlaşıb. Hayqest Vest Hilli küçəsində yerləşən Witanhurst malikanəsi XX əsrdə inşa edilib. 8 min kvadrat metr ərazisi olan obyektin dəyəri 150 milyon avrodur.

Siyahıda "Moskva Bankı"nın keçmiş rəhbəri Andrey Borodin də var. Onun Remenham Hill küçəsində yerləşən 80 hektar əraziyə malik "Park Palace" malikanəsinin 300 illik tarixi var. Dəyəri 150 milyon avro olan villaya Moskvanın Tver rayon məhkəməsi həbs qoyub.

Dördüncü yerdə "Qazprom"un eks-top-meneceri Andrey Qontsarenko qərarlaşıb. "Hanover Lodge" yaşayış binası Ricents-parkda yerləşir. Qontsarenko 2004-cü ildə obyektə 120 milyon avro xərcləyib. Lakin ekspertlərin qiymətləndirməsinə görə, hazırda bu ev 130 milyon avro dəyərindədir.

Bundan başqa, o, 2012-ci ildə Sent-Ceyms küçəsində 102 milyon avroya aldığı malikanəyə sahibdir.

"Lukoyl" şirkətinin ortaqlarından biri Leonid Fedunun oğlu Anton Fedun Harrinqton-roud küçəsində yerləşən 100 milyon avro dəyərində "Ampersand" otelinə sahibdir. O, buranı 2013-cü ildə atasının verdiyi vəsait hesabına əldə edib.

"Nveşekonbank"ın keçmiş rəhbəri Vladimir Çernuhinin Poultri küçəsində altı mərtəbəli malikanəsi var. Dəyəri 85 milyon avrodur.

Növbəti yerdə "LetterOne Holdings"in rəhbəri Mixail Fridman qərarlaşıb. O, 80 milyon avro dəyərində "Athlone" malikanəsinə sahibdir.

Milyarder Vladimir Slutskerin eks-arvadı Olqa boşanma prosesindən sonra Londonda 70 milyon avroluq ev alıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar