Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəbuldan əvvəl S.Məmmədov, FüzuliCəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Alı Alıyev və Kamal Həsənov Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət olunub.

Səfər zamanı Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib, təhsil ocağına Dövlət Agentliyi tərəfindən kompüter dəstləri və məktəbli geyimləri hədiyyə edilib.

Cocuq Mərcanlıda yerləşən “13 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçirilən qəbulda Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən, kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar