İsrailin baş naziri Binyamin Netanyahu Rusiyaya rəsmi səfərə yola düşüb
Virtualaz.org RİA-Novostiyə istinadən bildirir ki, təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşdə Suriyadakı vəziyyəti, həmçinin İsrail üçün əhəmiyyət daşıyan bir sıra digər məsələləri müzakirə edəcəyini deyib.
Qeyd edək ki, bu, Netanyahunun ilin əvvəlindən Rusiyaya ikinci səfəridir.
pia.az