Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli İnsanovla düşmən deyiləm” – Sabiq nazirdən sensasion açıqlamalar...

Sabiq nazir, YAP-ın qurucularından olan Əli Nağıyev Prezidentin ətrafına “od püskürdü”

“Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev sözün əsl mənasında sensasiyalı açıqlamalar verib – Əli İnsanovu üstüörtülü müdafiə edib, Prezidentin ətrafına “kaftar sürüsü” deyib, YAP-ın 700 min üzvü haqda danışarkən isə… daha da irəli gedib!

PİA.az sabiq nazirin Demokrat.az saytına qısa, ancaq qılıncdan kəskin fikirlərlə dolu müsahibəsini təqdim edir:

- Əli müəllim, sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdıqdan sonra hakimiyyətə qarşı sərt çıxışları ilə yadda qalır. Onun bu çıxışları barədə nə deyə bilərsiniz?

– Biz Əli İnsanovla çətin günlərin dostu olmuşuq. Bizim şəxsiyyət olaraq hər zaman bir-birimizə qarşı sağlam və xeyrxah münasibətimiz olub.

Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi.

Yaxşı yadımdadır, Heydər Əliyevin çətin vaxtlarında Əli İnsanovun hökumət binasında üç otaqlı evi var idi. Əli İnsanov bəyan etdi ki, mən o evi Heydər Əliyevə verirəm, o, Naxçıvandan Bakıya qayıtsın. Mən Əli İnsanovla bu cür çətin günlərin dostu olmuşam. İndi mən o çətin günlərin dostluğuna arxa çevirə bilmərəm. Xüsusilə də mən heç vaxt Əli İnsanovla düşmən olmamışam və heç zaman düşmən olmaram!

Bundan əlavə, Əli İnsanov və Əli Nağıyev bir şəxsiyyət kimi dəfələrlə bir-birimizə qarşı xeyirxahlıq etmişik. Mən bunları dana bilmərəm. Ümumiyyətlə, Əli Nağıyev olaraq, dönüklüyü və haqqı danmağı insanlıq üçün ən böyük rəzalət və alçaqlıq hesab edirəm.

- Sizin ötən dəfə Əli İnsanovla bağlı Demokrat.az-a verdiyiniz müsahibəniz birmənalı qarşılanmadı. Bəzi siyasətçilər sizinlə Əli İnsanovun arasında keçmişdən qalan ədavətin olduğunu söylədilər. Belə hal olubmu?

– Mən ötən dəfə Əli İnsanovla bağlı sizə müsahibəmdə də demişdim ki, 15 il əvvəl münasibətimi bildirmişəm. Yəni, 15 il əvvəl bildirdim ki, məndən xəyanətkar olmaz, mən Heydər Əliyevə xəyanət edə bilmərəm. Ancaq Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər. Mərdi qova-qova namərd edərlər. Necə ki, Əli İnsanovu belə etdilər. Həmin sifətsizlər bu gün də Prezident İlham Əliyevin ətrafına yığılaraq, kaftar sürüsü kimi sökürlər, oliqarx olublar.

- Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bir sıra şəxslər Əli İnsanovu Heydər Əliyevə xəyanət etməkdə və onun məzarını ziyarət etməməkdə günahlandırırlar. Bu barədə sizin düşüncələriniz nədən ibarətdir?

– Sən deyirsən ki, bu gün YAP-çılar Əli İnsanovu “baltalayırlar”? Mənim fikirlərimi bilmək istəyirsən. Mənim fikrim odur ki, yıxılana balta vurmaq şəxsiyyətsizlikdir. Yıxılana balta vurmazlar.

Digər tərəfdən isə sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar