Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük kriptovalyuta fırıldağı - Azərbaycanda 4 min nəfərə 700 min dollar “atıb”lar

“Bu adamların adını ”BeardyCoin" qoyduqları, kriptovalyuta kimi təqdim etdikləri beynəlxalq birjalarda tanınmır" - ekspert

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.

DİN-dən verilən məlumata görə, Baş İdarənin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında “şəbəkə biznesi” yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib. Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “İnvestsland” investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş “şəbəkə biznesi” yaradıblar. Onlar əslində mövcud olmayan “BeardyCoin” adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək “investisiya paketi” adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.


Bu qayda ilə adıçəkilən şəxslər qurduqları “şəbəkə biznesi”nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş “BeardyCoin” adlı kriptovalyutanı 700 min ABŞ dollarına satıblar. Araşdırma zamanı dəstə üzvlərinin “investisiya paketi” adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000-ə yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barəsində həbs-qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a deyib ki, Azərbaycanda kriptovalyuta alqı-satqısı qadağan edilməyib: “Mümkündür ki, tutulanlar vətəndaşların inamından istifadə ediblər. Onlardan kriptovalyuta alışı üçün pul alıblar. Əslində isə belə biznes, ümumiyyətlə, olmayıb. Söhbət kriptovalyuta istehsalından - mayninqdən gedirsə, burada cinayət yoxdur. Vətəndaşı aldadıb pulunu alıblarsa, bu artıq cinayətdir və qanunla cəzalandırılır”.

Osman Gündüz deyir ki, Azərbaycanda “BeardyCoin” adlı kriptovalyuta istehsalı haqda eşitməyib: “Belə alqı-satqılar zamanı vətəndaşlar diqqətli olmalıdırlar. Vətəndaşın özünün bu sahə ilə bağlı bilgilərinin olması vacibdir. Vətəndaş kriptovalyuta haqda məlumatlı olmalıdır. Kriptovalyuta bazarında risklər böyükdür. Bu gün qiyməti 10 manat olan kriptovalyutanın sabah qiyməti 5-6 min, o biri gün 5 manat da ola bilər. Ona görə də kriptovalyuta almaq istəyən vətəndaş bu risklərdən xəbərdar olmalıdır. Vətəndaşın treydinq prosesinə hazırlığı yoxdursa, bu işə qol qoyması məsləhət deyil. Böyük risklərlə zəngin bir prosesdir. Bir anın içində milyonçuya çevrilib, bir anın içində də müflis olmaq mümkündür. Belə faktlar da minlərlədir”.

Mərkəz direktoru Azərbaycanda kriptovalyuta istehsal edən mayninq fermalarının günü-gündən artdığını, bu sahənin genişləndiyini bildirdi: “Mayninq fermalarının yaradılması üçün güclü kompüterlər, beynəlxalq şəbəkəyə çıxış yetərlidir. Avadanlıqlar və qeyd olunan şərtlər varsa, kriptovalyuta istehsalına başlamaq olur. Bunu istənilən şəxs edə bilər. Bu gün Azərbaycanda qonşu ölkələrlə müqayisədə mayninqlə məşğul olanlar ən az bizdədir. Ortabab mayninq ferması ayda 200-300 manat enerji sərf edir. Bu işdə əsas xərc alınan avadanlıqlara və sonrakı dönəmdə enerjiyə xərclənir. Bu intellektual bir işdir və bu gün Azərbaycanda bu işə maraq var. Kriptovalyutanın dəyər qazanması üçün bazara çıxması, arxasındakı qurumun dayanıqlığı, beynəlxalq birjalarda təsdiqlənməsi, alqı-satqı vasitəsinə çevrilməsi və s. şərtləri var. Bu böyük prosesdir və asan başa gəlmir. Kriptovlyutadan gəlir götürən vergi ödəməlidir. Saxlanılan dəstə üzvlərinin əməlinin dələduzluq kimi tövsif olunması onu deməyə əsas verir ki, tutulanların vergi ilə problemləri yoxdur. Bu adamların adını ”BeardyCoin" qoyduqları, kriptovalyuta kimi təqdim etdikləri beynəlxalq birjalarda tanınmır, bu adda kriptovalyuta yoxdur. Bu, sadəcə, piramidadır. Pul yığmaqdır. Belə piramidalar ən müxtəlif işlərin görülməsi görüntüsünü yaratmaqla həyata keçirilir. Görünür, tutulanların kriptovalyuta haqda az-maz məlumatları olub. Adamları bu adla inandırmağa çalışıblar, buna nail olublar. Ortada kriptovalyuta məsələsi də sırf piramidaya daha çox şəxsi cəlb etmək baxımından atılıb. Yəni kriptovalyuta məsələsi boş bir şey olub, məqsəd pul toplamaq olub".

Osman Gündüz ümumilikdə kriptovalyuta treydinqinin vüsət aldığını, bu biznesdən qazanc əldə etmənin mümkünlüyünü bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar