Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İranın neft ixracını “sıfra endirməyə” hazırlaşır

Birləşmiş Ştatlar maydan başlayaraq İranın xam neft ixracını 20 faiz azaltmaq istəyir

Bu məqsədlə idxalçılardan İrandan neft alışını azaltmağı tələb edir, yoxsa sanksiyalarla üzləşəcəklərini deyir. Xəbəri “Reuters” yayıb.

Agentliyin martın 13-də məsələdən xəbərdar iki mənbəyə istinadla yazdığına görə, indi məqsəd İranın neft ixracını günə 1 milyon barreldən aşağı salmaqdır. Mənbə əlavə edib ki, Prezident Donald Tramp administrasiyası bir məsələdən narahatdır – İrandan neft alışını tamamilə və dərhal dayandırmağa çalışsa, dünya bazarlarında qiymət artımı baş verər.

“Sıfıra endirməyin çətinlikləri yaranar”, – Reuters mənbələrdən birinə istinadla yazır.

Mənbə əlavə edib ki, Brent markalı neftin barrelinin 65 dollara satılması “Trampın xam neftin qiyməti üzrə komfort zonasının yuxarı həddidir”. Brent-in barreli martın 13-də 67,55 dollara satılıb.

Dövlət katibi Mayk Pompeo martın 12-də deyib ki, Birləşmiş Ştatlar “bazar şərtlərinin imkan verdiyi sürətlə İrandan xam neft ixracını sıfıra endirməyə” çalışır. Dövlət Departamentinin İran üzrə xüsusi təmsilçisi Brian Hook martın 13-də ABŞ-ın siyasətini bir daha təsdiqləyib. O, Hyustonda sənaye konfransında deyib ki, Vaşinqton İranın xam neft ixracını sıfıra endirməyi hədəfləyir.

Birləşmiş Ştatlar ötən ilin mayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. Amma bəzi ölkələrin İrandan neft idxal etməsinə möhlət verilib. Məqsəd həmin ölkələrin sanksiyalara əməl etməsi üçün daha çox vaxt ayırmaq idi.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir, sanksiyalar onun iqtisadiyyatına çətinliklər törədib, bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

Birləşmiş Ştatların bir çox ölkələr üçün sanksiyalardan möhləti uzadacağı gözlənir, amma onlar birgə idxalı günə 1 milyon barreldən aşağı salmalıdırlar. Hazırda İran günə 1,25 milyon barrel neft ixrac edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar