Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Mustafayev ANS telekanalının bərpasından danışdı

"Bu, hər zaman gündəmdədir"

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev telekanalın fəaliyyətinin bərpa olub-olunmaması perspektivi barədə danışıb.

PİA.AZ az xəbər verir ki, o gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası hər zaman gündəmdə olub: “Biz bu istəyimizdən heç zaman vaz keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr, xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.

“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: “Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Ən çox oxunanalar