Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid pilotların ailələri ziyarət edildi - Komitə

Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir

Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprelində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur. Ermənistanın təcavüzü nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən vaxtilə didərgin düşmüş məcburi köçkünlər məhz onların və silahdaşlarının hünəri sayəsində doğma yurda qayıtmaq, burada dinc yaşamaq və işləmək imkanı qazanıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Hərbi Hava Qüvvələri Günündə qurumun əməkdaşları şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıqlarını bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. Görüşlərdə vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad ediləcəyi, məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacağı gün uzaqda deyil. (axar.az)

pia.az


Etiket: HHQ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar