Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZTV-nin sabiq sədrinə vəzifə verildi – Müdir seçildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

PİA.az AzEdu.az ya istinadən xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər.

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran “Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarına müdir vəzifəsinə seçki” haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adı qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara – professor Nizami Xudiyevə, professor Buludxan Xəlilova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirova, professor İbrahim Bayramova, dosent Ədalət Abbasova, dosent Sevda Abbasovaya söz verib. Namizədlər öz platformaları haqqında danışıblar.

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsinə professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə isə dosent Sevda Abbasova səs çoxluğu ilə seçilib.

Qeyd edək ki, dilçi professor Nizami Xudiyev 2010-cu ilin noyabrınadək Milli Məclisdə 56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edib. O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 1995-2010-cu illərdə (15 il) deputat olub.

pia.az


Etiket: AZTV ADPU

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Ən çox oxunanalar