Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri: “Müxalifətdə proseslər dinamikliyə keçəcək”

İqbal Ağazadə və Sərdar Cəlaloğlu düşərgənin aktiv fazaya keçməsinin detallarını açıqladı

Müxalifət düşərgəsi 2019-cu ilə ötən dövrlə müqayisədə aktiv başlayıb

Bir tərəfdə Milli Şura mitinq keçirir, digər tərəfdə Azərbaycan Xalq Hərəkatı elan olunur. Həmçinin, Qarabağ Komitəsi çağırışlar edir, mitinq tələbi ilə meriyaya üz tutur, sosial şəbəkələrdə müəyyən canlanma müşahidə edilir.

Bu hərəkətliliyə daxili və xarici faktorların təsir etdiyini söyləmək mümkündür. Təbii ki, fəallaşan ənənəvi müxalif təşkilatlardır. Azərbaycan iqtidarına və cəmiyyətinə tanış simalardır. Vaxtilə yeni müxalifət olan NİDA vətəndaş hərəkatı, feysbuk gəncliyi indi daha yoxdur, REAL partiyası isə o bazisə malik deyil. Bununla belə, ənənəvi siyasi güclər bu il aktiv fazada fəaliyyət göstərməkdədirlər.

Bəzi siyasi analitiklər müxalif kəsimin gücünü artırmasını qarşıda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ilə izah edirlər.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a müxalifət düşərgəsində bir prosesin getdiyini açıqladı. Onun sözlərinə görə, bu canlanma təkcə müxalifətin çabalarından asılı deyil: “Eyni zamanda Cənubi Qafqazda gedən proseslərin fərqli inkişafı, Ermənistandakı seçkilər Azərbaycan müxalifətinin dinamikasına təsir edir. Mən hələ 2014-cü ildə "Yeni Müsavat" qəzetinə demişdim ki, 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində müxalifətdə proseslər dinamikliyə keçəcək. Ona görə belə şəraitdə müxalif təşkilatlar etirazçı və narazı elektoratın səfərbər olunması üçün bəzi çabalar etməyə məhkumdurlar".

İ.Ağazadə müxalifətdə aktivliyin daxili faktorlarla əlaqəli olmasını da istisna etmir: “Azərbaycandakı sosial-iqtisadi vəziyyət, hakimiyyətdaxili məsələlər, köhnə kadrlardan imtina edilməsi və yenilərinin önə çəkilməsi də öz təsirini göstərməyə bilməz”.

Ümid sədri bir yanda AXH, bir yanda Qarabağ Komitəsi, digər tərəfdə MŞ-nın olmasını müxalifətin dağınıqlığı hesab etmir: “Müxalifətin bir rəngi yoxdur. Buna belə yanaşa bilmərik. Ona görə dağınıqlığa təbii baxmaq lazımdır. Hesab edirsiz ki, prosesi biri aparacaq, mən elə düşünmürəm. Müxalifətin bir qismi Qarabağ probleminə, biri demokratiya məsələsinə, biri əhalinin sosial problemlərinə görə narazı elektoratı fəallaşdırır, təşkilatlandırır”.

“Milli Şura özünü müxalifətin mərkəzi və avanqardı hesab edir” fikrinə isə Ağazadə belə reaksiya verdi: “Milli Şuranın işi etirazçı təbəqəni toplamaqdır. İqbal Ağazadənin missiyası isə demokratik seçki olacaqsa, iqtidara gəlməkdir”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifətin aktivləşməsi ölkədəki sosial-iqtisadi şəraitlə uyğunluq təşkil edir. ADP liderinin fikrincə, müxalifətin fəallaşmasında hər hansı regional və ya xarici faktor yoxdur: “Biz daha çox keçmiş sovet respublikalarında hadisələr olanda sinxron təsirlər müşahidə edirik. Bu regionda indi nə baş verir ki, müxalifətə təsir eləsin? Müxalifətdə müxtəlif bloklar var. Hərə fərqli problemlə bağlı mübarizə aparır. Qarabağ Komitəsinin vəzifə-məqsədləri ilə Xalq Hərəkatının məqsədləri üst-üstə düşməyə bilər. Bu, normal haldır”.

S.Cəlaloğlu ənənəvi müxalifət sözünü qətiyyən qəbul eləmir: “Hərə özündən bir əmmaməlik edir, termin tapır. Müxalifət ənənəvi ola bilməz. Dünən Əli İnsanov iqtidar idi, bu gün müxalifətdir. Neçə belə adamlar var ki, dünən iqtidar, bu gün müxalifətdədir. Və yaxud bunun əksini də söyləyə bilərik. Ənənəvi müxalifət ola bilməz, revanşist və loyal müxalifətlər olur. Mandela 40 il həbsdə yatdı, çıxıb prezident oldu. Qandi 60-70 il savaş verib. Lenin 19-cu əsrdən mübarizəyə başladı, 30 ilə hakimiyyətə gəldi. Eləcə də Xomeyni 30 ilə hakimiyyətə gəldi. Bunlara biz ənənəvi müxalifət deməliydik? Xarici qüvvələrin kimlərisə iqtidara gətirməsindən söhbət getmir. Bizim kimi bu şəraitdə hakimiyyətə gəlmək zaman tələb edir. Üstəlik, bizim hansı gücümüz, hüququmuz var ki, müxalifətə yeni gələn qüvvəni qoymuruq? Bunu deyənlərin məqsədi təcrübəli liderləri xalqdan uzaqlaşdırmaqdır. İstəyirlər ki, xalq təcrübəsiz liderin arxasınca getsin, belədə toplumu idarə etmək asan olsun”.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar