Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin 4 qətnaməsinin ömrü nə qədərdir?

Politoloq: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ məsələsini müzakirə edib yeni bir qətnamə ortaya qoyarsa...”

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, QubadlıZəngilandan dərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib.

1994-cü ildə ATƏT-in tərkibində yaradılmış Minsk qrupunun vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllində məhkəmə rolunu oynamaqdır. Minsk qrupuna Türkiyə də daxil olmaqla, 17 dövlət üzvdür. Onlardan yalnız üçü - Rusiya, Fransa və ABŞ həmsədr dövlətlərdir. Bu həmsədrlər 1995-ci ildən etibarən münaqişənin həllində fəal iştirak edir. Lakin onlar işğala son qoyulması üçün hələ də ciddi addımlar ata bilməyib.

Xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl edilmir. Bəs bu qətnamələrin ömrü nə qədərdir?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, qətnamələrin müddəti məsələsi yoxdur: “Bu qətnamələri qüvvədən sala bilən yalnız bir parametr var ki, o da yeni qətnamənin qəbuludur. Yəni əgər BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ məsələsini müzakirə edib yeni bir qətnamə ortaya qoyarsa və orada da göstərərsə ki, filan qətnamə qüvvədən düşsün, yalnız bu halda həmin qətnamə ləğv edilə bilər. Başqa bir variantda BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini heç kim qüvvədən sala bilməz. Hətta ermənilər də bunu iddia etmirlər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri qüvvədən düşsün. Sərkisyan hökuməti buna dair BMT Təhlükəsizlik Şurası ilə xeyli iş apardı. Hətta o zaman BMT-nin baş katibi Pan Gi Munun köməkçilərindən biri də erməni idi. Onların vasitəsilə də Sərkisyan çalışdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə kölgə salan bəyanat alsın. Lakin bacarmadılar. Qətnamələrin ləğvi ilə bağlı ermənilər üçün kiçik də olsa fürsət yaransaydı, Sərkisyan hökuməti bunu edəcəkdi. Çünki onlar bu amal üçün kifayət qədər ciddi səylər göstərirdilər”.

Politoloq söyləyib ki, hazırda ATƏT-in Minsk qrupu da çox normal fəaliyyətdədir:

“Hazırkı dövrdə detalların müharibəsidir. Bu prizmadan baxanda ATƏT-in Minsk qrupunun qəbul etdiyi çox məsələləri görmürük, yaxud da xırda hesab edirik. Əslində isə həmin detallar Azərbaycanın xeyrinədir. Məsələn, biz, hazırda 5 rayonun qaytarılması məsələsindən danışırıq. Bizim ekspertlərin dediyi 5 rayonla, ATƏT-in Minsk qrupunun söylədiyi 5 rayon fərqlidir. Yəni ATƏT-in Minsk qrupunun dediyi 5 rayona Füzuli ilə Ağdam aid deyil. Ora, KəlbəcərLaçını salıblar. Bu dərəcədə onlar ermənilərdən uzaqlaşıb, obyektivliyə doğru yaxınlaşıblar. O cümlədən Azərbaycanın iqtisadi imkanları ilə Ermənistanın kompromis sərhədlərini müəyyənləşdirdilər. Yəni Azərbaycan Ermənistana kömək edir, iqtisadi əlaqələr qurulur. Bunun əvəzində isə Ermənistan bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxır. ATƏT-in Minsk qrupunun fəaliyyəti bu istiqamətə dəyişdiyi üçün BMT tərəfindən Minsk qrupuna aktiv dəstək var.

Ola bilər ki, bu, BMT-nin sonuncu baş katibinin işi ilə bağlıdır. Yəni Pan Gi Munun dövründə biz BMT-də Qarabağla bağlı ATƏT-in Minsk qrupuna hansısa dəstəyi görmədik. Lakin hazırda bu, belə deyil. Həmsədrlərin də sonuncu bəyanatına gördük ki, BMT, Avropa İttifaqı reaksiya verdi. Avropa İttifaqı dedi ki, xalqları sülhə hazır edə bilirsinizsə, biz də hazırıq. Dolayısı ilə bildirdilər ki, biz pul verməyə hazırıq, ErmənistanAzərbaycan gəncləri, müharibədən zərər çəkənlər görüşsünlər. O cümlədən də BMT də öz imkanları daxilində buna dəstək olmağa çalışır. Ona görə də son gəlişmələrə uyğun olaraq deyə bilərik ki, BMT-nin təsiri ilə həm ATƏT-in Minsk qrupu obyektivliyə tərəf gəlir, həm də BMT-nin özünün fəaliyyətində dəyişiklik var. Amerikalı həmsədr fəaliyyətə başlayan zaman ilk addımı BMT rəhbərliyi ilə görüşmək oldu. ATƏT-in Minsk qrupu BMT-dən düzgün mesajlar alır və buna da əməl edir”.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar