Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reklam Agentliyi avtomabil almağa 2,5 milyon xərclədi - İl yarımda

Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb

Bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.

Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.

Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.

Qeyd edək ki, Dövlət Reklam Agentliyi 2017-ci ilin iyun ayında yaradılıb. Agentliyinin direktoru Aydın İbadov təyin edilib. Yaranmasından il yarım keçməmiş Agentliyin xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi maraq doğurur.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayındakeçirilən müşavirədə Prezidenti İlham Əliyevin dövlət qurumlarına Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş, daha doğrusu yığılmış avtomobilləri almağı tövsiyə etmişdi. Prezidentin çıxışından sonrakı ilk aylarda bir neçə nazirlik zavodun maşınlarından alsa da, sonradan buna maraq göstərən olmadı. Dövlət Reklam Agentliyinin də xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi göstərir ki, hətta xırda məmurlar belə yerli avtomobillərdən istifadə etmək istəmir. Sahibkarlardan yığılan pulları özlərinə bahalı maşınlar almağa yönəldirlər.(Finans.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar