Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış ekspert Azərbaycandan Londona qaçırılan pulların xilas yolu göstərdi  

Əkrəm Həsənov: “Azərbaycan hökuməti iri ödəniş müqabilində Britaniyaya bəyanat verə bilər ki...”

Böyük Britaniyada fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi qrup yaradılması planı bir çox postsovet ölkələrinin varlı-karlı şəxslərini əməllicə silkələyib. Məlumdur ki, qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. “Santander”, “Lloyds” və “Barclays” banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq. S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir.

Bu cür gəlişmə Azərbaycandan olan və Britaniyaya milyonlar yatırmış korrupsionerlərə nə vəd edir? Prosesin bu şəkildə aparılması Britaniyadan böyük maliyyə axınlarını şərtləndirmirmi?

““Niyə birdən-birə Britaniya hökuməti ayılıb” düşüncəsi səhvdir”

Bu və digər suallarla tanınmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənova müraciət etdik:

Britaniya hökuməti göründüyü kimi bu məsələdə israrlıdır. Amma heç kəsdə bu qərar illüziya doğurmamalıdır. Niyə birdən-birə Britaniya hökuməti ayılıb düşüncəsi də səhvdir. Britaniya oğurluq pullar, mənbəyi bəlli olmayan pullar, şübhəli gəlirlər, çirkli pulların yuyulması ilə bağlı həmişə məlumatlı olub. Onlara aydın olub ki, Britaniyaya axan pulların mənbəyi şübhəlidir, bir çox hallarda oğurluq pullardır. Belə pullar Britaniyaya əsasən postsovet ölkələrindən, Azərbaycan kimi ölkələrdən axır. İndi bu məsələnin qaldırılması onlara pul lazım olması ilə bağlıdır. Britaniya əsrlərdir ki, bu işlə məşğuldur. İllərlə pulları cəlb edirlər, hansısa bir həddə çatanda isə ortaya pulların mənbəyi ilə bağlı məsələ atılır. Dünyanın dörd bir tərəfindən oğurlanmış milyardlar bir qərarla oğruların əlindən alınır. Son belə qərar Rusiyadakı inqilabdan sonra verilmişdi. İnqilaba qədər Rusiya aristokratları, çinovnikləri büdcədən oğurladıqları pulları Britaniyaya transfer etmişdilər. Düşünmüşdülər ki, pulları orada etibarlı şəkildə yerləşdiriblər. Amma nə oldu? Qərar verdilər ki, pulların mənbəyi açıqlanmalıdır. Əksəriyyət pulların mənbəyini açıqlaya bilmədi və pullar Britaniya hökumətinin sərəncamına keçdi. Tarix təkrarlanır. Eyni məsələ bu gün də təkrar olunur. Britaniya başa düşür ki, bu gün dünya qlobal maliyyə böhranı ərəfəsindədir və geosiyasi vəziyyət də gərgindir. Britaniyada başa düşürlər ki, indikindən çox vəsait cəlb edə bilməyəcəklər. Üstəlik əks proses başlaya bilər. Britaniyaya illərlə yatırılmış böyük maliyyələr geri çəkilə bilər. Ona görə də illərlə yığılan pulların əks axınının qarşının alınması üçün gözəl bir vaxtdır. Buna görə də “İzahedilməmiş Sərvət Sərəncamı” vasitəsilə Britaniya mənbəyi məlum olmayan vəsaitlərin müsadirəsini planlayır”.

“Adamlar düşünüblər ki, oğurlayırıq, aparıb Britaniyada gizlədəcəyik”

Əkrəm Həsənovun gözləntisi budur ki, Azərbaycandan, Rusiyadan, Ərəbistandan və digər bu kimi ölkələrdən oğurlanaraq Britaniyaya yatırılan pulların sahibləri üçün olduqca gərgin bir dönəm başlayıb: “Adamlar düşünüblər ki, oğurlayırıq, aparıb Britaniyada gizlədəcəyik. Britaniya hökuməti də oğurluq pulların necə yerləşdirilməsini illərlə müşahidə edib, qeydiyyat aparılıb, pulların hansı bizneslərə yatırıldığı, hansı əmlakların alınmasına yönəldilməsi öyrənilib. 1 qərar verib bütün oğruların, çirkli pul yuyanları oyundan kənar vəziyyətə sala biliblər. Ziya Məmmədovun oğlu Anar Məmmədov, Eldar Mahmudovun oğlu Anar Mahmudov Britaniyada yerləşdirdikləri pullarla xudahafizləşə bilərlər. Məsələn, bu adamlar deyə bilərlər ki, bizim Azərbaycanda biznesimiz olub. Bu halda həmin biznesin gətirdiyi gəlirlər və ödənən vergilər haqda hesabat istəniləcək. Məlum olacaq ki, bunların şirkətləri zərərlə işləyib. Çünki Azərbaycanda ən böyük şirkətlər zərərlə işləyir. Aydındır ki, bu məsələ vergidən yayınmaq üçündür.

“Hamısının əllərindən tutub pulları alacaqlar”

Cahangir Hacıyevin pulları da bilinir ki, oğurluq pullardır. Dövlət məmurlarının pulları da aydındır ki, rüşvətlə, korrupsiya ilə əldə olunub. Amma Azərbaycanda elə iş adamları da var ki, onlar heç bir gün də dövlət işində işləməyib, onların dövlət məmurları ilə əlaqələri də yoxdur. Bu adamlar da aparıb pulları Britaniyaya yerləşdiriblər və bu gün pullarının mənbəyini göstərə bilmirlər. Səbəb də odur ki, Azərbaycanda illər boyu vergidən yayınmaq üçün şirkətlərin böyük əksəriyyəti aktivlərini tam göstərməyiblər. Bu adamlar prinsipcə sahibkarlıqla məşğul olublar, insani nöqteyi-nəzərindən tam vicdanlı bizneslə məşğul olublar. Bu adamlardan gəlirlərinə görə vergiləri rüşvət formasında alıblar. Gömrük xərclərini rüşvət şəkilində ödəyiblər. Düşünüblər ki, nə edim, başqa cür işləmək olmur. Bu gün həmin şəxslərlə büdcədən pul oğurlayan, bankları talayanlar arasında Britaniya qanunlarına görə fərq yoxdur. Britaniya məhkəməsində veriləcək bu qədər sərvət haradandır sualına uyğun cavab verə, məhkəməni inandıra bilməyəcəklər. Beləcə Azərbaycanda əziyyətlə qazandıqları pullar da əllərindən çıxacaq. Çünki rəsmi sənədlərdə Azərbaycanda iri şirkətlərin mənfəəti yoxdur. Azərbaycanın ən iri şirkətləri formal olaraq ziyanla işləyiblər. Ziyanla da işləməsə də, iri mənfəətlə də işləməyib. Bu baxımdan nəinki məmurlar, çirkli pul yuyanlar, oğru bankirlər üçün hətta vicdanlı sahibkarlar üçün də Londona yerləşdirdikləri pulların taleyi çox pis qurtara bilər. Hamısının əllərindən tutub pulları alacaqlar”.

Britaniyaya pul ötürüb orada gizlədənlər...”

Əkrəm Həsənov Azərbaycan mənşəli pulların xilası üçün önəmli təkliflər də verib: “Bu gün aparılan islahatların tərkib hissəsi kapitala amnistiya tətbiqi ilə bağlı olmalıdır. Pullarını Britaniya və digər ölkələrə yerləşdirmiş şəxslərə imkan verilməlidir ki, pullarını bəyan edə bilsinlər. Çıxıb deməlidirlər ki, mənim Londonda bu qədər pulum var və xahiş edirəm ki, Azərbaycan hökuməti həmin pulların qanuni yolla əldə edildiyini təsdiqləsin. Bunun müqabilində Azərbaycan dövlətinə həmin pullara görə müəyyən məbləğdə vergi ödəsin. Əks təqdirdə pullar hər bir halda əldən çıxacaq. Bundan Azərbaycan dövləti də uduzacaq. Hesab edirəm ki, Britaniyanın ardınca digər Avropa dövlətləri də eyni addımı atacaqlar. Çünki tarixən belə olub. Ona görə də həmin pulların xilası üçün Azərbaycan hökuməti təcili tədbirlər görməlidir. Başqa yolla həmin pulların xilası mümkünsüzdür. Xalqa verilməsə belə, həmin pulu azı Azərbaycana qaytarmaq olar. Britaniyaya pul ötürüb orada gizlədənlər həmin pulları oradan geri də çəkə bilməyəcəklər.

Azərbaycan hökuməti iri ödəniş müqabilində Britaniyaya bəyanat verə bilər ki...”

Dövlət məsələn, Ziya Məmmədovun oğlu Anar Məmmədovun tutaq ki, Britaniyada 50 milyon avro pulu var və onu geri çəkə bilmir. Azərbaycan hökuməti iri ödəniş müqabilində Britaniyaya bəyanat verə bilər ki, Anar Məmmədov həmin pulu qanuni yolla Azərbaycanda əldə edib. Bu halda Britaniyanın “İzahedilməmiş Sərvət Sərəncamı” Anar Məmmədova tətbiq oluna bilməz. Yəni 50 milyon avronun 10-15 milyonunu vergi şəkilində Azərbaycan büdcəsinə keçirməklə qalan pulunu qoruya, əlində saxlay bilər. Əks təqdirdə “İzahedilməmiş Sərvət Sərəncamı”na əsasən 50 milyon avro məhkəmə qərarı ilə Anar Məmmədovun əlindən alınacaq. Yəni Azərbaycan höküməti elə qərar verməlidir ki, Anar Məmmədov, Anar mahmudov və onlar kimi Britaniyaya pul yatıranlarda seçim imkanı olsun. Düşünməsinlər ki, pulumu Britaniya aldı ya Azərbaycan. Azərbaycanın təklifi daha uyğun olmalıdır ki, adamlar pullarını bəyan etməkdən çəkinməsinlər, vergiləri də ödəsinlər”.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir. Məlumdur ki, Britaniyada Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar. Ev dustağı edilən xanım Hacıyevanın dəyəri milyonlarla funt-sterlinqlə ölçülən əmlaklarına həbs qoyulub. Qərardan da göründüyü kimi, Britaniya hökuməti adları korrupsiyada hallanan əcnəbilərin, eləcə də Azərbaycandan bu və ya digər səbəbdən qaçmış digər oliqarxların yaxasını buraxmaq fikrində deyil. Londonda bəzi azərbaycanlı oliqarxların və iş adamlarının dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Amma məlumatlara görə, onlar arasında ən çox varidatı olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin (“National Crime Agency”) yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda deyilirdi ki, sabiq MTN şefi Eldar Mahmudovla oğlu Anar Mahmudovun, eləcə də sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda mənbəyi şübhəli olan əmlakları var. Britaniyada Məmmədovların “BROOKWOOD INTERNATIONAL LIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanənin satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar