Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zamirə Hacıyevadan dəyəri 1 milyon funt sterlinqdən baha olan üzük müsadirə edilib - Foto

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirənin var-dövlətinin bəlli olmayan mənbəyinin araşdırılması ilə məşğul olan Böyük Britaniyanın səlahiyyətli orqanları dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edib

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazıb.

Sözügedən 8,9 karatlıq "Cartier" (Kartye) üzüyü C.Hacıyev tərəfindən səkkiz il əvvəl Londonun məşhur "Harrods" univermağından alınıb.

Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.

Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar