12 il əvvəl bu günlərdə, daha dəqiqi, 2006-cı il dekabrın 30-da Bağdadda yerləşən hərbi bazalardan birində sabiq İraq diktatoru Səddam Hüseyn asılaraq edam edildi
İraq məhkəməsi S.Hüseyn barəsində edam hökmünü daha əvvəl versə də ancaq qərar müsəlmanların Qurban bayramı günü icra olundu.
PİA.AZ bildirir ki, Strateq.az-ın “Bir fotonun tarixi” layihəsində təqdim etdiyi bu şəkildə sabiq diktator əks olunub.
İraq. 13 dekabr 2003-cü il. ABŞ əsgərləri İraq prezidenti Səddam Hüseyni gizləndiyi quyudan çıxarırlar.
Səddamı ilk dindirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin müstəntiqi Con Nikson olub. 10 il sonra – 2013-cü ildə çap etdirdiyi kitabında o, bu istintaq barədə detalları açıqlayıb. İstintaq zamanı Səddam deyib ki, Ben Laden və “Əl Qaidə” ilə heç bir əlaqəsi yoxdur. 11 sentyabr hadislərinə toxunan Səddam bildirib: “Baxın görün bu terrorçular hansı ölkədən gəliblər? Səudiyyə Ərəbistanı və Misirdən. Axı siz mənim onlarla əlaqəli olduğumu hardan götürmüsünüz?”.
2006-cı ildə ABŞ Senatının açıqladığı rəsmi hesabatda etiraf olundu ki, Səddam Hüseynin “Əl Qaidə” ilə heç bir bağlantısı olmayıb. Səddam hətta 1995- ci ildə Ben Ladenin köməklə bağlı təklfini rədd edibmiş.
MKİ-nin müstəntiqi Nkson ABŞ prezidenti Corc Buşla Oval kabinetdəki söhbətini də yazıb: “Mən Oval kabinetdən çıxarkən Buş soruşdu: “O, dəqiq demədi də, Sibir xorası ilə bağlı sınaq şüşələrini harda saxlayır?”. Otaqdakıların hamısı güldülər. Məncə, bu sözlər yersiz idi. Çünki Amerika bu müharibədə 4 min əsgərini itirmişdi….”
…Şərq xalqlarının bədbəxtliyi onun liderlərinin mənasız xudpəsəndliyi və sərt avtoritarizmi ilə bağlı olub. Bu liderlər heç vaxt zamanın dəyişikliklər küləyini hiss edə bilmədilər.
pia.az