Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan terrorizm təhlükəsinin yoxluğu üzrə regionun lideridir

İqtisadiyyat və Sülh İnstitutunun “Qlobal terrorizm indeksi” adlı yeni hesabatında Azərbaycan öz mövqeyini üç pillə yaxşılaşdıraraq 98-ci yerə yüksəlib

“Qlobal terrorizm indeksi” ölkədə terrorizmin təsirini əks etdirir və müxtəlif sosial-iqtisadi amillərin və radikal axınların yaranması üzrə geosiyasi amillərin təhlili əsasında tərtib edilir.

Bu reytinqdə ilk yerləri terrorçuların və terrorizm təhlükəsinin yüksək olduğu ölkələr, son yerləri isə bu baxımdan ən təhlükəsiz ölkələr tutur. Azərbaycan 138 ölkə arasında 98-ci yeri tutur ki, bu da, demək olar ki, terrorizm təhlükəsinin tamamilə olmaması anlamına gəlir.

Beləliklə, Azərbaycan bu göstərici üzrə regionun lideridir. Qonşu ölkələrdən Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yeri tutur.

Reytinqdə dünya üzrə “ilk” üç pilləni İraq, Əfqanıstan və Nigeriya tutur, Rusiya 34-cü, ABŞ 20-ci, Almaniya 39-cu, Fransa isə 30-cu pillədə qərarlaşıb.

Ukrayna siyahıda 21-ci yeri tutur, Tacikistan 74-cü yerdə, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus isə 138-ci yerdədirlər.

Hesabatın müəllifləri qeyd edir ki, terrorçuların əlindən qətlə yetirilən insanların sayı artıq üçüncü ildir ki, azalmaqda davam edir. Bunun başlıca səbəbi İraqSuriyada “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının getdikcə zəifləməsidir ki, bu bölgədə rəqəmlər hiss olunan irəliləyişin olduğunu göstərir.

Suriyada il ərzində terrorçular tərəfindən qətlə yetirilən insanların sayı, demək olar ki, iki dəfə azalıb - 2017-c ildə terror qurbanlarının sayı 1100 nəfər olub ki, bu rəqəm 2016-ci ildə 2100 nəfərə, 2015-ci ildə isə 2700 min nəfərə bərabər olub. İraqda isə 2016-cı ildə qətlə yetirilən 4500 nəfərlə müqayisədə, 2017-ci ildə bu rəqəm 9800 nəfərə bərabər olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar