Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan yeni prezidentini seçdi: Ölkədə bundan sonrakı siyasi proseslər necə inkişaf edəcək?

Politoloq: “Gürcüstandakı prezident seçkiləri həm geosiyasi, həm də daxili baxımdan kifayət qədər gərgin siyasi mübarizə şəraitində keçdi”

“Bu seçkilərdən sonra Gürcütsanın Avropa İttifaqı ilə münasibətlərində kifayət qədər ciddi problemlər yarana bilər”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Gürcüstanda prezident seçkiləri keçirildi. Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparırdı.

Gürcüstandakı seçkilərin nəticələri artıq məlumdur. Gürcüstanın Mərkəzi Seçki Komissiyasıprezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

Rəsmi nəticələrə əsasən, hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.

Xatırladaq ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplamışdı.

Gürcüstanda dünən keçirilən sonuncu prezident seçkilərini PİA.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu şərh edib. Politoloqun şərhini oxucularımızın diqqətinə cəlb edirik.

Mübariz Əhmədoğlu: “ABŞAvropanın bəzi qrupları belə düşünürlər ki, Salome Zurabaşvili İvanişvilinin göstərişlərini yerinə yetirəcək. Bununla da Zurabaşvili Gürcüstan-Rusiya münasibətlərində ABŞ-a lazım olan balansı qura bilməyəcək”.

Salome Zurabaşvilinin qələbəsinin demokratik olmasına zərrə qədər də şübhə etmədiyini vurğulayan politoloq Mübariz Əhmədoğlu əlavə edib ki, İvanişvilinin komandası ikinci turda doğrudan da xalqı seçki qutusuna gətirə bildi:

“Gürcüstandakı prezident seçkiləri həm geosiyasi, həm də daxili baxımdan kifayət qədər gərgin siyasi mübarizə şəraitində keçdi. Düşünürəm ki, Gürcüstanda keçirilən prezident seçkilərini sadəcə olaraq prezident seçkiləri hesab etmək düzgün deyil. Bu seçkilər həm beynəlxalq aləmin Gürcüstana münasibətini, həm də Gürcüstanın daxili, siyasi quruluşunu dəyişəcək. Çünki Gürcüstanda prezident seçkisi prosesinin özü çoxdan geosiyasi faktora çevrilib.

Onu da qeyd edim ki, hal-hazırda fəaliyyətdə olan prezident Marqvelaşvili İvanişvilinin çox yaxın adamı idi. Lakin Marqvelaşvili prezident olandan sonra öz mövqeyində ciddi dəyişikliklər etdilər. Sadəcə olaraq Marqvelaşvilinin insan olaraq müəyyən prinsipləri var idi. Marqvelaşvili İvanişvilinin dediklərini olduğu kimi reallaşdırmadı deyə, İvanişvili Marqvelaşvilidən üz döndərdi və çalışdı ki, Gürcüstanda prezident institutu diskredidasiya olunsun. Hətta uzun müddət çalışdılar ki, Marqvelaşvilinin yanında Təhlükəsizlik Şurası fəaliyyət göstərməsin.

Əslində Gürcüstanda prezidentlik formal institutdur. Amma Təhlükəszilik Şurasının mövcudluğu Marqvelaşviliyə, yəni prezidentə bir sıra digər sahələrə qarışmağa, dövlət miqyasında məsələlər qaldırmağa, hətta yeri gəlsə, baş nazirə göstəriş verməyə imkan verir. Təhlükəsizlik Şurasının müəyyən səlahiyyətləri əlindən alınsa da, onu ləğv edə bilmədilər. Prezident seçkiləri də İvanişvilinin Marqvelaşviliyə qarşı nifrətinin realizasiyasını ortaya qoydu.

Mübariz Əhmədoğlu: “Bu seçkilər həm beynəlxalq aləmin Gürcüstana münasibətini, həm də Gürcüstanın daxili, siyasi quruluşunu dəyişəcək”.

Bildiyimiz kimi 6 ildən sonra Gürcüstanda keçiriləcək prezident seçkiləri parlamentdə keçiriləcək. Yəni prezident seçkiləri ümumxalq səs verməsi ilə keçirilməyəcək. Bu da İvanişvili komandasının prezident seçkiləri institutunu nüfuzdan salmaq istiqamətində gördüyü işdir. Buna görə qeyd etdim ki, Gürcüstanda prezident institutu kifayət qədər siyasiləşdirilib. Prezidentlik uğrunda mübarizə də siyasiləşmək fonunda baş verdi. Buna görə hiss olunurdu ki, “Gürcü Arzusu” Partiyası nəyin bahasına olursa olsun prezidentliyi əlində saxlayacaq. Onlar məsələnin birinci turda bitməyini istəyirdilər. Kaş Gürcüstanda prezident seçkiləri birinci turda baş bitəydi. Çünki prezidentin ikinci turda seçilməsinə beynəlxalq aləmdən gələn reaksiya hədsiz çox oldu və olmaqda davam edəcək.

Salome Zurabaşvilinin qələbəsinin demokratik olması məndə zərrə qədər də şübhə doğurmur. Çünki İvanişvilinin komandası doğrudan da xalqı seçki qutusuna gətirdi. Xüsusi ilə 600 min insanın bank borcunun bağlanması seçicilərin seçki qutusuna getməsini və xalqın Salome Zurabaşviliyə səs verməsini təmin etdi.

Onu da qeyd edim ki, müxalifətdən olan namizəd Qriqol Vaşadzenin reytinqi çox yüksəkdir. Əslində Vaşadzeyə olan münasibət onu göstərir ki, Gürcüstanın daxilində siyasi strukturlaşma labüddür. Ola bilər ki, Gürcüstanın daxilindən yeni bir inkişaf struktur modeli təklif olunsun və bu modeli Qərb dəstəkləsin.

Mübariz Əhmədoğlu: “Prezident seçkiləri də İvanişvilinin Marqvelaşviliyə qarşı nifrətinin realizasiyasını ortaya qoydu”.

Bu seçkidən sonra Gürcütsanın Avropa İttifaqı ilə münasibətlərində kifayət qədər ciddi problemlər yarana bilər. Hətta Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı viza liberallaşma proqramı dayandırıla və yaxud da müəyyən məhdudiyyətlər ola bilər. Bildiyimiz kimi Gürcüstanı Cənubi Qafqaz dövlətləri içərisində fərqləndirən ən birinci məsələ viza liberallaşması idi. Yəni Gürcüstan vətəndaşları istənilən zaman Avropanın istənilən dövlətinə gedə bilirlər. Avropa İttifaqı çox güman ki, bunu azaldacaq. Çünki Avropa İttifaqı çoxdandır Gürcüstandakı siyasi islahatları ön plana gətirir və Gürcüstandan tələb edir ki, siyasi islahatları reallaşdırsın.

Avropa İttifaqı Gürcüstandan tələb edir ki, ədalətli məhkəmə sistemi olsun, məhkəmə sistemində islahatlar olsun, hüquq-mühafizə orqanları qaydasında işləsin vəs. İndi Avropa İttifaqının fikrinə görə Gürcüstan nəyinki bu tələbləri yerinə yetirmədi, əksinə seçkilərdə kifayət qədər qanun pozuntusuna yol verdi. Avropa İttifaqına görə Gürcüstanda seçkilər birinci turda bitməli idi və Qriqol Vaşadze qələbə çalmalı idi. Admistrativ resursları tətbiq etməklə İvanişvili ikinci tura nail ola bildi. Hətta Salome Zurabaşvili bir müddət ikinci turdan imtina etdi. Amma İvanişvili komandası Zurabaşvilini məcbur etdi ki, yenidən seçkidə iştirak etsin. Bütün bunların hamısın Avropa İttifaqı görür və artıq Brüsseldə narazıdırlar.

ABŞ-ın Vaşadzeyə münasibəti isə açıq-aşkar hiss olunur. Onu da vurğulayım ki, ABŞ-ın Vaşadzeyə münasibəti Saakaşviliyə görə deyil. Yəni əslində Gürcüstana gəlmə və inkişaf tarixinə görə Salome Zurabaşvili, Vaşadze Saakaşvilidən o qədər də uzaq deyil. Vaşadzenin özünün ABŞ-a xüsusi simpatiyası var və ABŞ-ın da Vaşadzeyə çox isti münasibəti var.

Mübariz Əhmədoğlu: “Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı viza liberallaşma proqramı dayandırıla və yaxud da müəyyən məhdudiyyətlər ola bilər”.

ABŞ üçün də Gürcüstanda ən əsas məsələ onun Rusiya ilə münasibətləridir. ABŞ Gürcüstanın Rusiyaya yaxınlaşmasını da istəmir, elcə də ABŞ Gürcüstanin Rusiya ilə düşmən olmasını da arzu etmir. ABŞ-ın fikrincə bu iki hədd arasındakı siyasəti də, ancaq Qriqol Vaşadze apara bilər. ABŞAvropanın bəzi qrupları belə düşünürlər ki, Salome Zurabaşvili İvanişvilinin göstərişlərini yerinə yetirəcək. Bununla da Zurabaşvili Gürcüstan-Rusiya münasibətlərində ABŞ-a lazım olan balansı qura bilməyəcək.

Hesab edirəm ki, bu gündən ola bilər ki, Qərbə bağlı qeyri-hökumət təşkilatları Gürcüstandakı seçkilərin gedişində saxtakarlıqla bağlı müəyyən hesabatlar yaysınlar və bir müddətdən sonra Avropa İttifaqı, ABŞ strukturları alt layda işləmək istəcəklər ki, seçkinin nəticəsinə müdaxilə edə bilsinlər. Əgər bu olmasa, yaxın bir həftədə Avropa İttifaqı da, ABŞ-da Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı neqativ bəyanatları ortaya qoysunlar”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Foto

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar