Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra nümayəndəsi Zabratda zəbt olunan zeytun bağı haqda sualı eşidib gizləndi

Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsindəki zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktı ilə bağlı məmurların üç gündür apardığı araşdırma hələ də bitmək bilmir

Araşdırma bu suala cavab verməlidir: prezident İlham Əliyevin Bakıda yaşıllıqların məhv edilməsinə son qoyulması barədə növbəti sərt xəbərdarlığından, belə əməllərə yol verənlərin cəzalandırılacağını bəyan etməsindən cəmi bir ay sonra həmin ictimai ərazini-35-40 sotluq zeytun bağını kim və hansı əsasla zəbt edib və orada kafe tikməyə hazırlaşır?

Xatırladaq ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu faktı nəzarətə götürüb. Şəhər İcra Hakimiyyətindən bildirildiyinə görə Əzizovun tapşırığı ilə bu gün əraziyə “məsələni araşdırmaq üçün” nümayəndə göndərilib. Və araşdırmanın nəticəsi günün sonuna qədər məlum olacaq.

Belə olanda Zabrat qəsəbə icra nümayəndəliyinin rəhbəri İlqar Süleymanova zəng vurub zəbt olunmuş zeytunluqla bağlı araşdırmanın nə yerdə olduğunu soruşduq. O bildirdi ki, ərazi hasarlananda məzuniyyətdə idi və baş verənlərdən “xəbərsiz olub”: “Mən elə bu gün, bax elə düz bir saat əvvəl işə çıxmışam. Araşdırıb sizə məlumat verəcəyəm”.

Lakin iş günün sonuna doğru İ.Süleymanova təkrar zəng vuranda bu dəfə onun işdə olmadığını deyiblər: “İlqar müəllim yoxdur, işə çıxmır. Məzuniyyətdədir, kabineti də bağlıdır”.

* * *

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.

“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Prezident İlham Əliyevin Bakıda yaşıllıqların qanunsuz zəbt edənlərə və belə hallara imkan yaradan məmurlara qarşı növbəti sərt xəbərdarlığından cəmi bir ay keçmiş törədilmiş bu özbaşınalıqla bağlı virtualaz.org daha əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də rəylərini dərc etmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir, hansı ki, bu adamlar hansısa nüfuzlu adamların adlarını çəkir.

pia.az


Etiket: Zabrat zeytunluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar