Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub

Bu barədə nazirlikdən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanın icrası işlərinin davam etdiyini, notarial qaydada qəbul edilən sənədlərin nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilərək Komissiyaya təqdim olunduğunu deyib.

O bildirib ki, bu sahədə aparılan işlərin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə olan qayğısına, onlara birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan humanist addımına uyğun şəkildə, tam şəffaf şəkildə yerinə yetirilməsi başlıca prinsipdir.

Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini, ödənişi alan şəxslə ödənişi həyata keçirən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Komissiya bu günədək artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib və onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar