Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

230 milyard dollarlıq çirkli pul araşdırması: Putinin adı hallandırılır

Şübhəli əməliyyatların miqdarı Estoniya iqtisadiyyatının miqyasını belə aşıb

Danimarkanın “Danske bank”-ının Estoniyada fəaliyyət göstərən filialında 2007-2015 illər dövründə baş verən 230 milyard dollarlıq çirkli pulla bağlı aparılan istintaq genişlənir. Yuyulan çirkli pulların bir qisminin rus lider Putin və yaxınlarına aid olduğu irəli sürülür.

ABŞ-ın Ədliyyə Nazirliyi, “Deutsche Bank” və “Bank of America” ilə təmasa keçərək Danimarkanın “Danske Bank”ı ilə münasibətləri haqqında məlumat istəyib.

Sentyabr ayında “Danske”, apardığı daxili araşdırma ilə, Estoniyada fəaliyyət göstərən filialında 2007-2015 illər dövründə 230 milyard dollarlıq çirkli pulun yuyulmasından şübhəli olduğunu bildirmişdi.

Ölkənin iqtisadi böyüklüyünü üstələyir

Sözügedən əməliyyatların böyük hissəsi Estoniya vətəndaşı olmayan müştərilərə aiddir. Şübhəli əməliyyatların miqdarı Estoniya iqtisadiyyatının miqyasını belə aşıb. Qalmaqalın baş verməsindən sonra “Danske”-nin İdarə Heyətinin sədri və icraçı direktoru istefa etmək məcburiyyətində qalıb.

Putinə qədər gedir

Heyrətamiz bir şəkildə Rusiya prezidenti Vladimir Putinin adı da prokurorların məsələ ilə bağlı hazırladıqları sənədlərin içində yer alıb.

ABŞAvropada istintaqı aparan qurumlar “Danske”-nin Estoniya şöbəsində yuyulan çirkli pulun bir qisminin rus lider Putinə və yaxınlarına aid olduğunu düşünür. (muxalifet.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Ən çox oxunanalar