Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda satılan brend markalar niyə keyfiyyətsizdir?

Və yaxud Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin öz vəzifəsini yerinə yetirməkdən niyə yayınır?

Azad İstehlakçılar Birliyinin sədri: “Qanunların olmadığı, dövlət orqanlarının yuxuya getdiyi bir şəraitdə istehlakçıların aldadılması gözləniləndir”.

“İstehlakçı hüquqlarını qoruyan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti alıcı hüquqlarını qorumur. Bu qurum 144 ştatla dövlətdən havayı maaş alır. Onlar istehlakçı hüquqlarının pozulması, saxta malların brend adı altında satılması və bazarda haqsız rəqabətin yaradılmasına şərait yaradırlar”.

Bu sözləri AİB sədri Eyyub Hüseynov Azərbaycanda moda sənayesindəki durğunluğu şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

Şəhərimizdə müxtəlif mağazalarda ən çox dəbdə olan firmaların - Giordani, Dolce&Gabbana, Armani, Gucci, Versace, Lacoste, LC Waikıkı, GAP, Levis, Chanel, New Yorker, Mango, Collins, Benetton, Cotton və s. firmaların brend mallarını görmək mümkündür. Lakin çox uzağa getmədən Tiflisdən alınan brend mallarla Azərbaycanda satılan brend mallar arasında ciddi keyfiyyət fərqi hiss olunur. Misal üçün, Tiflisdən alınan "Zara" markalı brend mallar Azərbaycandanda həm olduğundan ucuz, həm də daha keyfiyyətlidir.

Qonşularımızdan fərqli olaraq Azərbaycanın moda sənayesini təmsil edən cəmi iki kişi paltar brendimiz var. Emiland və Elatus. Qadın və uşaq brendlərimiz isə heç yoxdur. Məktəbli forması tikən geyim fabrikimizdən başqa, gündəlik, ziyafət və s. üçün geyim hazırlayan müəssisələr yoxdur. Bu baxımdan hazırda yerli brendlərimizə nisbətdə müxtəlif ölkələrin məşhur geyim markaları şəhərimizin mağazalarında xüsusi yer alıb. Hətta şəhərimizin sakinləri də daha çox xarici ölkələrdən gətirilmiş geyimlərə üstünlük verir. Bəzi modelyerlərin fikrincə, moda sənayesinin gəlirli sahə olmadığını düşünən sahibkarlar da bu sahəyə meylli deyillər.

Tiflisdə satılan brend mallarla Bakıda satılan brend mallar arasında ciddi keyfiyyət fərqi Ümumiyyətlə, Azərbaycana gətirilən brend malların keyfiyyətinə kimsə, hansısa qurum nəzarət edir, yoxsa bu sahədə tam xaos hökm sürür? Bununla yanaşı, Azərbaycanda moda sənayesinin inkişafı barədə nə demək mümkündür? Bu sahədəki durğunluğu nəylə əlaəqləndirmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Eyyub Hüseynov: “10 ildən çoxdur ki, Azərbaycanda antiinhisar rəqabət məcəlləsi qəbul olunmur”.

Azərbaycanda moda sənayəsinə nəzarət edilməməsi fonunda alıcıların saxtalaşdırılmış brend malların satışı ilə aldadıldığını qeyd edən AİB sədri Eyyub Hüseynova görə, indiki vəziyyətin yaxın zamanlarda düzələcəyi gözlənilən deyil:

“Azad bazar iqtisadiyyatı şəraitində dövlət orqanları biznesdə elə bir şərait yaradırlar ki, kimin hansı işlə məşğul olmasına heç kim nəzarət etmir. Hər şeyi bazar və rəqabət həll edir. 2009-cu ildən fəaliyyət göstərən, istehlakçı hüquqlarını qoruyan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti alıcı hüquqlarını qorumur. Bu qurum 144 ştatla dövlətdən havayı maaş alır. Onlar istehlakçı hüquqlarının pozulması, saxta malların brend adı altında satılması və bazarda haqsız rəqabətin yaradılmasına şərait yaradırlar.

10 ildən çoxdur ki, Azərbaycanda antiinhisar rəqabət məcəlləsi qəbul olunmur. Qanunların olmadığı, dövlət orqanlarının yuxuya getdiyi bir şəraitdə istehlakçıların aldadılması gözləniləndir. Brend adı altında bir sıra mallar ölkədə satılır.

Eyyub Hüseynov: “Ölkədə tikilən ayaqqabıların 40%,-i kostyumların isə 30-40%-i xarici mal adı altında satılır”.

Təsadüfi deyil ki, “Sahil” metrosunun yaxınlığında “Birə-bir” deyilən bir dükan fəaliyyət göstərir. Bu dükan saxta geyimləri brend adı altında iki-üç qat baha qiymətə satır. Hətta bu əməlinə haqq qazandırır. İnsanlar ordakı malların saxta olduğunu bilə-bilə geyimlər alırlar.

Bununla yanaşı, ölkədə saxta ətirlər satılması da geniş yayılıb. Çox təəssüflər olsun ki, cənab prezidentin fərmanı ilə bazara nəzarət edən xüsusi agentliyin bugünə kimi əsasnaməsi təşkil olunmayıb. Azad İstehlakçılar Birliyi bu vəziyyətdən çox narazı və narahatdır”.

Qeyd edək ki, qeyri-neft sektorunun inkişafında yerli geyim sənayesinin, bütövlükdə yüngül sənayenin inkişafına xüsusi önəm verilməlidir. Sovet dönəmində də Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri də məhz yüngül sənaye idi. Lakin hazırda bu sahə Azərbaycanda demək olar ki, unudulub. Və yaxud da kölgə iqtisadiyyat kimi fəaliyyət göstərir.

Azərbaycanda pambıqçılığın inkişaf etdirildiyi indiki zamanda moda səneyisinə də diqqət artırılmalıdır. Biz pambığı xammal olaraq deyil, son məhsul olaraq istər daxili, istərsə də xarici bazara çıxarmağa çalışmalıyıq. Çox təəssüf ki. nə özəl sektor, nə də dövlət sektoru bu sahəyə maraq göstərmir. İş adamları daxili bazarın təlabatını ödəmək məqsədi ilə əsasən Çin, Hindistan. Pakistan kimi ölkələrdən gətirdikləri ucuz və keyfiyyətsiz malları ölkəyə gətirirlər. Və ölkəyə gətirilən bu keyfiyyətsiz malları əsasən Türkiyədən və başqa Avropa ölkələrdən gətirilmiş brend mall adıyla baha qiymətə alıcılara satırlar. Elə paltar dükanlarında hər kəsi təəccübləndirən 70-80%-lik endirimlər də elə burdan yaranır.

Eyyub Hüseynov: “Saxta brend mallar yığışdırılsa, yerli brend mallarına tələbat yarana bilər”.

Eyyub Hüseynov hesab edir ki, Ölkədə tikilən ayaqqabıların 40%-i kostyumların isə 30-40%-i xarici mal adı altında satılır. Bu isə təbii ki, istehlakçıların hüquqlarının birbaşa pozulmasıdır. Bu da onu göstərir ki, istehlakçıların hüquqlarını qorumaqla vəzifəli olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sadəcə öz vəzifəsini yerinə yetirməkdən yayınır:

Azərbaycanda yerli moda sənayesi çox zəif inkişaf edir. Ölkədə tikilən ayaqqabıların 40%, Kostyumların isə 30-40%-i xarici mal adı altında satılır. Təəssüf ki, Azərbaycan öz brendini yarada bilmir. Bu sahədəki durğunluq ölkənin effektli istehlak siyasətinin olmaması ilə bağlıdır. Saxta brend mallar yığışdırılsa, yerli brend mallarına tələbat yarana bilər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar